Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Tanınmış vəkil:
Tanınmış vəkil:
Cəmiyyət

Tanınmış vəkil: Heç bir şəxs vəkilə vəkillik fəaliyyəti ilə bağlı təzyiq göstərə bilməz - VİDEO

Xpress.az Redaksiyası 12.02.2026 12:37

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.

Layihə bu dəfə də hüquq ictimaiyyətinin diqqətini cəlb edən mövzulara həsr olunub və geniş maraq doğurub.

Budəfəki qonaq Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov olub. O, müsahibəsi zamanı hüquqi fəaliyyətində qarşılaşdığı yaddaqalan hadisələrdən, peşə həyatında üzləşdiyi çətinliklərdən, həmçinin vəkillik peşəsinin cəmiyyət üçün daşıdığı vacib rol və əhəmiyyətli missiyadan danışıb.

Veriliş boyu qonağa hüquq sahəsi ilə bağlı aktual məsələlər, vəkil peşəsinin əsas prinsipləri, insanları müdafiə etməyin çətinlikləri, hakimlərlə münasibətlər, peşəkar təcrübə və cəmiyyət qarşısında vəkillərin rolu kimi mövzular əhatəli şəkildə təqdim olunub.

Eyni zamanda Ramiz İbrahimov peşəkar vəkil necə olmalıdır, vəkillik peşəsinin özəlliyi nədir, insanları müdafiə etmək çətin iş hesab oluna bilərmi, vəkil davranışında nəyə önəm verməlidir, peşəkar vəkil üçün əxlaq önəmlidirmi, vəkilliyin inkişafı sizi qane edirmi, vəkilin öz biliyini mütəmadi olaraq artırması zəruridirmi, vəkil-hakim münasibətləri necə qurulmalıdır suallarını cavablandırıb, habelə gənc vəkillərə tövsiyələr edib.

“Vəkil davranışında həmişə səbirli və təmkinli olmalıdır. Buna ən çox önəm verirəm. Eyni zamanda vəkil davranışında müstəqil olmalıdır. Müqavilə bağladığı şəxsdən başqa heç kəs vəkilə göstəriş və təzyiq edə bilməz. Bu bizim qanunumuzda da qeyd edilib”, - deyə vəkil bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək