Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Mediada bu məlumatları yayanlar
Mediada bu məlumatları yayanlar
Gündəm

Mediada bu məlumatları yayanlar HƏBS EDİLƏCƏK

Xpress.az Redaksiyası 16.02.2026 12:58

Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə yalan məlumatın yayılması cinayət hesab ediləcək.

Ali Məhkəmənin müvafiq Plenum qərarı və Cinayət Məcəlləsinə istinad edərək bu qənaətə gəlib.

Mediada yalan məlumatın yayılması

Belə ki, Ali Məhkəmənin Plenum qərarına əsasən, yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəfini, ləyaqətini ləkələməsə də, onun şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb ola bilər.

Bildirilib ki, mediada nikahda olan şəxsin məhkəməyə nikahın pozulmasına dair ərizə ilə müraciət etməsi barədə yalan məlumatın yayılması buna misal ola bilər.

Şəxsi həyatın toxunulmazlığını pozma

Cinayət Məcəlləsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsi toxunulmazlıq hüququ

Konstitusiyaya əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var.

Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var./Trend.Az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edir -

11.11.2026 12:24 Siyasət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Bakıda avtomobil körpüdən aşıb

11.11.2026 11:09 Hadisə

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb

11.11.2026 10:51 Hadisə

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək