Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Restoranlarda buna görə də pul almağa başladılar -...
Restoranlarda buna görə də pul almağa başladılar -
Hadisə

Restoranlarda buna görə də pul almağa başladılar - FOTO

Xpress.az Redaksiyası 16.02.2026 13:02

Bakıda fəaliyyət göstərən "Pxali Xinkali" restoranının filiallarından birində müştəridən power bank istifadə etdiyinə görə əlavə ödəniş alınıb.

Milli.Az-ın məlumatına görə, ondan bunun üçün 2 manat ödəniş istənilib.

Müştəri qeyd edir ki, menyuda "power bank" xidmətinin qiyməti göstərilməyib.Ödəniş barədə əvvəlcədən niyə məlumat verilmədiyini soruşduqda isə həmin "power bank"ı hansı ofisiantın gətirdiyinin müəyyən olunmadığı bildirilib.

Şikayətçi 10 faiz servis haqqı tətbiq olunan bir restoranda bu vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb. Müştəri bu cür hallarla indiyədək qarşılaşmadığını da nəzərə çatdırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək