Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Beynəlxalq layihə BAŞA ÇATDI -
Beynəlxalq layihə BAŞA ÇATDI -
Ana səhifə

Beynəlxalq layihə BAŞA ÇATDI - FOTO

Xpress.az Redaksiyası 16.02.2026 16:16

Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun (TDV) dəstəyi ilə təşkil olunan Beynəlxalq Təcrübə Mübadiləsi Proqramı “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” öz işinə İstanbulda davam edib.

Xpress.az xəbər verir ki, yeddi fərqli ölkədən gələn mütəxəssisləri Ankara və İstanbulda bir araya gətirən layihə: arxeometriya, memarlıq abidələrinin mühafizəsi və sualtı arxeologiya kimi sahələrdə Türkiyənin malik olduğu texniki təcrübəni iştirakçı ölkələrlə bölüşməyi hədəfləyib.

Proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistandan qatılan mədəni qurum nümayənələri, tədqiqatçı-alimlər, ekspertlər məruzələrlə çıxış edərək Türk irsinin qorunması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.

Proqram Ümraniyədəki tarixi Həkimbaşı Ov Köşkündə təşkil edilən işçi seminar və sertifikatların təqdimetmə mərasimi ilə başa çatıb.

Bağlanış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova proqramın Türk dünyasında mədəni irsin qorunması sahəsində peşəkar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. O bildirib ki, bərpa və konservasiya laboratoriyaları memarlıq abidələrinin, tarixi artefaktların və ümumi mədəni yaddaşın qorunmasında mühüm rol oynayır və bu kimi təşəbbüslər türk dünyasında davamlı əməkdaşlıq üçün dayanıqlı zəmin yaradır.

Fondun prezidenti həmçinin Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, TİKA-ya, Türk Dünyası Fonduna və proqramın həyata keçirilməsinə töhfə verən bütün tərəfdaşlara təşəkkürünü ifadə edib, bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə TDV Himayəçilər Şurasının sədri Nabi Avcı, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı, Türk dünyasının müxətlif guşələrindən mədəni irs ekspertləri, Türkiyədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək