Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ramazan bayramı namazının vaxtı
Ramazan bayramı namazının vaxtı
Gündəm

Ramazan bayramı namazının vaxtı açıqlandı

Xpress.az Redaksiyası 16.03.2026 14:57

Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.

Bu barədə XPRESS.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

“Qazılar Şurasının Fitvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, – QMİ-dən bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək