İlon Maskın atası Rusiya vətəndaşlığı almaq istəyir
Amerikalı milyarder İlon Maskın atası, cənubi afrikalı mühəndis Errol Mask Rusiya vətəndaşlığı almaq istədiyini açıqlayıb.
Xpress.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə verdiyi müsahibədə danışıb.
“Əlbəttə, niyə də yox? Bu mənim üçün böyük şərəf olardı”, – deyə Errol Mask bildirib. Onun sözlərinə görə, belə bir sual gözləməsə də, Rusiya pasportu almaq ideyasına müsbət yanaşır.
Qeyd edək ki, Errol Mask ötən ilin oktyabr ayında Rusiyaya səfər edib. O, Moskva, Kazan və Suzdal şəhərlərində olub, burada texnologiya sahəsinin nümayəndələri və jurnalistlərlə görüşlər keçirib.
Səfər zamanı Mask xüsusilə şəhər infrastrukturundan təsirləndiyini vurğulayıb. O, geniş küçələri, keyfiyyətli işıqlandırmanı və təhsil müəssisələrinin yüksək səviyyəsini yüksək qiymətləndirib.
Errol Mask həmçinin bildirib ki, gələcəkdə oğullarına da Kazan şəhərini ziyarət etməyi tövsiyə edəcək.
Məlumat üçün qeyd edək ki, onun bu açıqlaması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.