Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Baş redaktor: Jurnalist daim hərəkətdə olmalıdır
Baş redaktor: Jurnalist daim hərəkətdə olmalıdır
Media

Baş redaktor: Jurnalist daim hərəkətdə olmalıdır

Xpress.az Redaksiyası 10.04.2026 12:24

Jurnalist daim hərəkətdə olmalı, araşdırma aparmalı, reportajlara getməli və mənbələrlə aktiv əlaqə saxlamalıdır.

Xpress.az "Report" - a istinadən xəbər verir ki, bu fikirləri Valyuta.az saytının baş redaktoru, jurnalist Aygün Əhmədova Report Media Məktəbində keçirilən görüşdə səsləndirib.

Baş redaktor çıxışında deyib ki, jurnalist yalnız ofisdə oturmamalıdır: "Əgər siz sadəcə kompüter qarşısında işləyirsinizsə, zamanla bu peşədə lazım olmayacaqsınız".

Görüş zamanı A. Əhmədova vurğulayıb ki, maliyyə sahəsində çalışan jurnalist "yox" cavabına hazır olmalıdır. Onun sözlərinə görə, biznes adamları üçün vaxt olduqca dəyərlidir və onlar yalnız öz brendlərinə fayda verəcək müsahibələrə maraq göstərirlər.

"Əgər təqdim olunan material qarşı tərəfə heç nə qazandırmırsa, müsahibə almaq çətinləşir", – jurnalist deyib.

A. Əhmədova qeyd edib ki, Azərbaycanda iqtisadiyyatla bağlı yazmaq ümumiyyətlə asan iş deyil. O, əlavə edib ki, müsahiblə düzgün kommunikasiya qurmaq və münasib vaxtı gözləmək uğurun əsas şərtlərindəndir.

Aygün Əhmədova 1990-cı ildə Bərdə rayonunda anadan olub. 2011-ci ildə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalistika fəaliyyətinə 2012-ci ildə "Üç nöqtə" qəzetində başlayıb. Növbəti iş yeri "Kaspi" qəzeti olub. Bir müddət sonra "Kaspi" qəzetinin "Gənclik" əlavəsinin redaktoru olaraq çalışıb. 2023-cü ilin avqust ayından Valyuta.az saytının baş redaktorudur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək