Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Bu telekanal bağlanır
Bu telekanal bağlanır
Gündəm

Bu telekanal bağlanır

Xpress.az Redaksiyası 16.04.2026 16:32

Speys TV ilə bağlı daha bir iddia yayılıb.

Xpress.az xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, yaxın müddətdə sözügedən TV-nin fəaliyyətinə xitam veriləcək.

Buna səbəb isə kanalın uzun müddətdir rentabelli olmaması və keyfiyyət göstəricilərinin təsisçini qane etməməsidir.

Bildirilir ki, kanalın əvvəlki şöhrətini qaytarmaq üçün bir neçə dəfə rəhbərlik dəyişdirilsə də, nəticə əldə olunmayıb. Buna görə də kanalın təsisçisi bağlanma qərarı verib.

Məlumatla bağlı Speys TV-dən münasibət öyrənmək mümkün olmayıb. Qeyd edək ki, bundan öncə Speys TV-də yoxlamalar aparıldığı və kanalın rəhbəri Vado Korovinin vəzifədən uzaqlaşdırıldığı ilə bağlı məlumat yayılıb. Kanal yayılan məlumatların heç birinə rəsmi reaksiya verməyib. Speys TV 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək