Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prin...
Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”
Gündəm

Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”

Xpress.az Redaksiyası 18.04.2026 16:50

Azərbaycanın siyasəti regionda qurulan bütün əlaqələr və layihələrin hər bir ölkə üçün qarşılıqlı faydalı olmasına əsaslanır.

Xpress.az xəbər verir ki, bu fikirləri “report.az”ın Türkiyə bürosuna açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Paneldə də bu fikir səsləndirildi ki, belə bağlantı konsepsiyasına müsbət baxmaqla daha dayanıqlı və geniş miqyaslı əməkdaşlıq imkanları yaranır. Əsas məqsəd iqtisadi inkişafı təmin etməklə yanaşı, humanitar və digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Məsələn, biz Zəngəzur dəhlizini Orta Dəhlizin bir hissəsi kimi görürük. Bu Azərbaycanın regionda geostrateji bağlayıcı rolunun möhkələnməsinə gətirib çıxarır", - deyə. E.Əmirbəyov bildirib.

Prezidentin nümayəndəsi bildirib ki, qardaş Türkiyə bu əməkdaşlığın məhsuldarlığını görür:

"Bu istiqamətdə Gürcüstanı da unutmaq olmaz. Hazırda mövcud olan bağlantılar Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya gedib çıxır. Bu əməkdaşlıq çərçivəsində nəqliyyat, logistika və enerji sahələrində mühüm təşəbbüslər reallaşdırılır və bu təşəbbüslər regionun inkişafına əhəmiyyətli təsir göstərir və bu təşəbbüslərdən hər kəs yararlanacaq".

E.Əmirbəyov deyib ki, özünün keçmiş siyasətinə görə izolyasiya vəziyyətində olan Ermənistan da sülh prosesinin nəticəsi olaraq "Qazan-qazan" prinsipindən faydalana biləcək:

"Ermənistanın da sözsüz ki, sülh prosesinə qoşulması, qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi vacibdir. O zaman Ermənistanın da buradan qazancı olacaq, regional iqtisadi əməkdaşlığa inteqrasiya edə biləcək. İnanıram ki, 2026-cı il bu mənada həlledici il olacaq".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək