Gündəm
Məzahir Pənahov yenidən MSK-nın sədri SEÇİLDİ - FOTO
Xpress.az Redaksiyası
27.04.2026 16:34
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
İclasın gündəliyinə təşkilati məsələlər; MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsi məsələsi daxil edilib.
Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib.
O, Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edir.
Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-dan MSK-nın sədri vəzifəsindədir.
