Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm 70 kq qızılla tutulan polkovnikə hökm oxundu
 70 kq qızılla tutulan polkovnikə hökm oxundu
Gündəm

70 kq qızılla tutulan polkovnikə hökm oxundu

Xpress.az Redaksiyası 27.04.2026 17:05

Türkiyədə 70 kiloqram qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisi Qəhrəman Şamil oğlu Məmmədov 6 il müddətə azadlıqdan məhrum edilib.

Xpress.az "Report"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Prokuror Q.Məmmədovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Qəhrəman Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.

Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən birinə doğru hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək