Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Hindistanda sərnişin təyyarədən özünü yerə atdı
Hindistanda sərnişin təyyarədən özünü yerə atdı
Hadisə

Hindistanda sərnişin təyyarədən özünü yerə atdı

Xpress.az Redaksiyası 06.05.2026 15:22

Hindistanda bir sərnişin təyyarəyə eniş etdikdən bir neçə dəqiqə sonra özünü yerə atıb.
Xpress.az xəbər verir ki, “The Hindustan Times” qəzetinin məlumatına görə, Hindistanın Çennai Beynəlxalq Hava Limanında bir kişi təyyarədən endikdən qısa müddət sonra özünü yerə atıb.
“Air Arabia” aviaşirkətinə məxsus təyyarənin sərnişinlərindən biri təcili çıxışı açaraq uçuş-enmə zolağına çıxıb. Hadisə nəticəsində zolaq müvəqqəti bağlanıb və bir neçə reys istiqamətini dəyişməli olub. Bununla belə, rəsmilər bildiriblər ki, insident hava limanının fəaliyyətinə ciddi təsir göstərməyib.
Tullanan şəxsin 29 yaşlı Məhəmməd Şerif Məhəmməd Nəcmudin olduğu müəyyən edilib. O, davranışını “qeyri-sabit psixi vəziyyətdə” olması ilə izah edib. Polis onu saxlayıb və hazırda araşdırma aparılır.
Qeyd edək ki, bu yaxınlarda Nyu-York beynəlxalq hava limanında sərnişin təyyarəsi ilə yanğınsöndürən maşın toqquşub. Hadisə nəticəsində pilotlar həlak olub, onlarla insan yaralanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək