Mədəniyyət
Kinematoqrafçılar İttifaqının sədri postuna iki namizəd var
Xpress.az Redaksiyası
11.05.2026 09:51
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.
Kinematoqrafçılar İttifaqı sədrliyə namizədlərin adlarını qurultaya yaxın vaxtda mətbuata açıqlamaq niyyətindədir.
Qurultay mayın 26-da keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.