Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Mandalina Cannes Yolunda:
Mandalina Cannes Yolunda:
Mədəniyyət

Mandalina Cannes Yolunda: Gənc Rejissor Beynəlxalq Uğura İmza Atdı

Xpress.az Redaksiyası 14.05.2026 12:52

Yasin Dağlı imzasını daşıyan “Mandalina” adlı qısametrajlı film, Marché du Film çərçivəsində hazırlanan “Turkish Cinema Catalogue” seçiminə daxil edilib. Antalya Belek Üniversitesi dəstəyi ilə ərsəyə gələn layihə dünya kino sənayesinin nüfuzlu nümayəndələrinə təqdim olunacaq.
Universitetin Radio, Televiziya və Kino bölməsində təhsil alan gənc rejissor Yasin Dağlının bu uğuru universitet ictimaiyyətində böyük qürur və sevinc yaradıb. Təhsilini davam etdirə-davam etdirə beynəlxalq kino platformasında yer almağı bacaran rejissor, gənc kino yaradıcıları üçün ilham mənbəyinə çevrilib.
Özünəməxsus hekayə dili və güclü vizual üslubu ilə diqqət çəkən “Mandalina”, türk kinosunun yenilikçi və gənc simasını təmsil edən filmlərdən biri hesab olunur.
Türk kinosu Cannes-da gənc rejissorla təmsil olunacaq
Yasin Dağlı əldə edilən uğurla bağlı açıqlamasında, belə nüfuzlu və peşəkar platformada yer almağın onun üçün böyük qürur olduğunu bildirib:
“Bir xəyal kimi başlayan bu yolun Cannes kimi dünya səviyyəli platformaya çatması mənim üçün çox dəyərlidir. ‘Mandalina’ filminin ‘Turkish Cinema Catalogue’ seçiminə daxil edilməsi yalnız şəxsi uğur deyil, həm də gənc türk kino yaradıcılarının istehsal gücünün göstəricisidir. Bu prosesdə yanımda olan komandama və dəstəyini əsirgəməyən Antalya Belek Universitetinin rəhbərliyinə təşəkkür edirəm".


Gənc sənətçilərə dəstək
Antalya Belek Üniversitesi tərəfindən dəstəklənən layihə universitetin incəsənət, mədəniyyət və media sahəsində gənc istedadlara verdiyi önəmin nümunələrindən biri kimi qiymətləndirilir. Xüsusilə Radio, Televiziya və Kino bölməsi tələbələrinin peşəkar təcrübə qazanmasına önəm verən universitet rəhbərliyi onların milli və beynəlxalq tədbirlərdə fəal iştirakını təşviq edir.
Universitet ictimaiyyətində böyük sevinc doğuran bu hadisə kino və media sahəsində təhsil alan tələbələr üçün ciddi motivasiya mənbəyinə çevrilib.
“Mandalina” diqqət mərkəzində qalır
Daha əvvəl də müxtəlif platformalarda diqqət çəkən “Mandalina”, qısametraj film kateqoriyasında təqdim etdiyi fərqli baxış bucağı, güclü atmosferi və vizual dili ilə seçici heyətin rəğətini qazanıb. Film “Turkish Cinema Catalogue” seçiminə daxil olmaqla dünya kino sənayesinin önəmli nümayəndələrinə çatmaq imkanı əldə edib.
Kino çevrələrində gələcək vəd edən gənc rejissorlar arasında göstərilən Yasin Dağlı adının yaxın dövrdə həm yerli, həm də beynəlxalq layihələrdə daha çox eşidilməsi gözlənilir. Cannes-dakı bu başlanğıcdan sonra rejissor və komandası yeni film layihələri və festivallar üçün fəaliyyətini davam etdirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək