Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Tikinti bazarında bu materiallar
Tikinti bazarında bu materiallar
Cəmiyyət

Tikinti bazarında bu materiallar BAHALAŞDI

Xpress.az Redaksiyası 20.05.2026 15:59

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) aprel ayına dair açıqladığı məlumatlara görə, tikinti sektorunda xərclərin artımı sürətlənib.

2026-cı ilin aprelində tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə təxminən 6.8% yüksəlib və indeks 106.8 bəndə çatıb. Bahalaşma daha çox metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.

Hesabatda qeyd olunur ki, tikinti materialları üzrə alt indeks 107.5, əmək xərcləri 105.4, maşın-mexanizm üzrə isə 103.8 səviyyəsində olub. Ən kəskin qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən sabit göstəricilər isə texnika və mexanizm sahəsində qeydə alınıb.

Xüsusilə armatur, beton, laminat, parket, plastik pəncərə və digər metal əsaslı materiallarda bahalaşma davam edir. Buna əsas səbəb kimi idxal və logistika xərclərinin artması, həmçinin tikinti sektorunda tələbin yüksək qalması göstərilir.

Əmək bazarında da qiymət artımı müşahidə olunur. Fasad, kafel-metlax, suvaq və digər ustalıq işlərində xidmət haqları yüksəlib. Maşın və texnika üzrə isə artım nisbətən zəif olub.

Ümumilikdə, AQP bildirir ki, tikinti xərclərinin artması yeni tikililərin maya dəyərini yüksəldir və bu prosesin yaxın dövrlərdə daşınmaz əmlak bazarına da təsir etməsi gözlənilir./milli.az/

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək