Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunla...
I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq
Cəmiyyət

I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq

Xpress.az Redaksiyası 20.05.2026 17:53

l Böyük Qayıdış proqramı bu ilin sonuna qədər yekunlaşacaq.

Bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, 2020-ci ildən sonra görülən əsas işlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramının hazırlanması olub: "Beləliklə, bu ilin sonuna qədər ilk proqram artıq yekunlaşır və artıq 80 mindən çox insanın bu ərazilərdə yaşaması nəzərdə tutulur. Tikinti prosesində biz Birləşmiş Millətlər Təşkilatının əsas istiqamətlərindən biri olan Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tuturuq. Rahat həyat, yaşıl, təmiz və müasir innovasiyalar konsepsiyası baş planın əsasını təşkil edir. "Ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyası bu transformasiyanın əsas sütunlarından birinə çevrilib. Yeni yaşayış məntəqələri resurslardan səmərəli istifadəni, enerji effektivliyini, inkişaf etmiş xidmətləri və geri qayıdan sakinlər üçün daha yüksək həyat keyfiyyətini təmin etmək məqsədilə layihələndirilir. Bu səylər yalnız itirilmişi bərpa etməyə deyil, gələcək nəsillər üçün daha yaxşı, inklüziv və dayanıqlı icmalar qurmağa yönəlib.

Bu kəndlərdə müasir şəhərsalma sakinlərin gündəlik ehtiyaclarını praktik, təhlükəsiz və səmərəli şəkildə qarşılamaq üçün nəzərdə tutulub. Məktəblərə, səhiyyə xidmətlərinə, təmiz suya, ictimai xidmətlərə, bərpa olunan enerji mənbələrinə və məşğulluq imkanlarına çıxış planlaşdırma prosesinə tam inteqrasiya olunub”.

Vahid Hacıyev qeyd edib ki, məqsəd yalnız mənzil təmin etmək deyil, insanların yaşaya, işləyə və gələcəklərini qura biləcəkləri təhlükəsiz və funksional icmalar yaratmaqdır: "Eyni zamanda, əsas məqsədlərimizdən biri dayanıqlı inkişafdır və iqtisadi inkişaf onsuz mümkün deyil. Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca böyükdür və geniş imkanlara malikdir. Bu rayonların iqtisadi inkişafını əsasən müəyyən edəcək istiqamətlər sırasında kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat, logistika, turizm və alternativ enerji sahələri yer alır. Azərbaycanın təcrübəsi göstərir ki, münaqişədən sonrakı bərpa prosesi uzunmüddətli planlaşdırma, güclü siyasi iradə və dayanıqlı inkişaf prinsipləri ilə həyata keçirildikdə, postmünaqişə bölgələri inkişafın, bağlantıların və sülhün hərəkətverici qüvvəsinə çevrilə bilər”.//APA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək