Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Keçmiş baş redaktora 286 il həbsi tələb edildi
Keçmiş baş redaktora 286 il həbsi tələb edildi
Cəmiyyət

Keçmiş baş redaktora 286 il həbsi tələb edildi

Xpress.az Redaksiyası 21.05.2026 08:54

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində 2025-ci il dekabrın 9-da saxlanılmış "Habertürk TV"nin keçmiş baş redaktoru Mehmet Akif Ersoy haqqında ittihamnamə hazırlanıb.

İstanbul Prokurorluğu tərəfindən "Mehmet Akif Cinayət Təşkilatı"na qarşı aparılan istintaq yekunlaşıb.

Hazırlanmış rəsmi ittihamnamədə 11 qadın zərərçəkmiş qismində yer alıb.

Sənəddə cinayət xarakterli əməllərin mütəşəkkil dəstə daxilində törədildiyi qeyd olunub. İttihamnaməyə görə, təşkilatın rəhbəri Mehmet Akif Ersoy dost və iş mühitindən tanıdığı digər dəstə üzvləri ilə tez-tez narkotik məclisləri təşkil edib. Həmçinin onun bu məclislər zamanı cinsi istəklərini təmin etmək məqsədilə digər qrup üzvlərindən və zərərçəkmiş qadınlardan istifadə etdiyi iddia olunur.

İttihamnamədə Mehmet Akif Ersoy barəsində aşağıdakı maddələrlə cəzalandırılması tələb edilib: cinayətkar təşkilat qurmaq və idarə etmək, 11 dəfə "cinayət tərkibli cinsi təcavüz", narkotik və ya stimullaşdırıcı maddələrin ticarəti, yaxud tədarükü, narkotik maddələrin istifadəsini asanlaşdırmaq.

Prokurorluq qeyd olunan maddələrin məcmusu əsasında sabiq baş redaktorun ümumilikdə 11 il 3 aydan 286 il 2 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək