Cəmiyyət
Xəzər dənizində zəlzələ baş verib
Xpress.az Redaksiyası
21.05.2026 08:41
Xəzər dənizində zəlzələ baş verib.
Xpress.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 05:47-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,6 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.