Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qurban bayramı ilə bağlı heyvan kəsiminə nəzarət
Qurban bayramı ilə bağlı heyvan kəsiminə nəzarət
Cəmiyyət

Qurban bayramı ilə bağlı heyvan kəsiminə nəzarət GÜCLƏNDİRİLİR

Xpress.az Redaksiyası 21.05.2026 18:45

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, 27-28 mayda qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışına artan tələbat nəzərə alınaraq, AQTA Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyasını genişləndirib.

Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Satış və kəsim məntəqələrində yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar vətəndaşlara təqdim ediləcək, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək.

Eyni zamanda vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda AQTA ilə razılaşdırılmaqla yerli icra hakimiyyəti orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılacaq. Həmin məntəqələrdə qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq nəzarəti altında təşkil ediləcək.

AQTA vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri qurban kəsimini dini ayinlərlə yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırır.

Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın "1003 – Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək