Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynə...
Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynəlxalq mükafatına layiq görülüb
Mədəniyyət

Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynəlxalq mükafatına layiq görülüb

Xpress.az Redaksiyası 22.05.2026 11:33

Mayın 20-də Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən nüfuzlu “Gümüş Karyera Ödülləri” beynəlxalq mükafatının təqdimetmə mərasimi bu il də ictimai-siyasi, media, mədəniyyət, sənət və akademik sahələrin tanınmış simalarını bir araya gətirib.
Artıq IV dəfə təşkil olunan tədbirdə Türkiyənin müxtəlif dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış media təmsilçiləri, ictimai xadimlər, sənət adamları və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanı bu nüfuzlu beynəlxalq platformada teatr və kino rejissoru Saida Haqverdiyeva təmsil edib. O, “Gümüş Karyera” mükafatına kino və teatr sahəsində uzunillik səmərəli yaradıcılıq fəaliyyəti, milli-mənəvi dəyərlərin sənət vasitəsilə təbliği, eləcə də Qarabağ müharibəsinin ağrılarını və insan talelərini əks etdirən Köhnə çamadanlar tammetrajlı bədii filminin uğurlu beynəlxalq təqdimatına görə layiq görülüb.
Xüsusilə filmin Ankara şəhərində keçirilən premyerası qardaş ölkənin media məkanında böyük maraq doğurub. Türkiyə mediasında film haqqında geniş məqalələr, müsahibələr və süjetlər yayımlanıb. Müxtəlif media qurumları ekran əsərini müharibənin insan talelərində buraxdığı dərin izləri həssas və emosional dillə təqdim edən uğurlu sənət nümunəsi kimi qiymətləndiriblər.
Təltifetmə mərasimində çıxış edən Saida Haqverdiyeva bu mükafatı yalnız şəxsi yaradıcılığının deyil, ümumilikdə Azərbaycan mədəniyyətinin və qadın sənətkarlarının uğuru kimi dəyərləndirdiyini bildirib.
O qeyd edib ki, fəaliyyəti boyunca insanın mənəvi dünyasını, xüsusilə qadınların daxili duyğularını, cəmiyyət içində yaşadığı psixoloji və sosial mübarizələri sənətin dili ilə ifadə etməyə çalışıb:
“Mənim üçün sənət sadəcə peşə deyil. Sənət insanın ruhuna toxunmaq, onu düşündürmək, hiss etdirmək və bəzən də susaraq danışmaqdır. İllərdir teatr və kino vasitəsilə qadının daxili aləmini, onun cəmiyyətlə münasibətlərini, ağrılarını, sevgisini və gücünü göstərməyə çalışmışam. Bu gün belə bir beynəlxalq mükafata layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir.”
Rejissor çıxışında Azərbaycan və Türkiyə arasındakı mədəni bağların önəmini də xüsusi vurğulayıb:
“Qardaş Türkiyədə Azərbaycan sənətinə göstərilən diqqət və sevgi bizi daha böyük işlər görməyə ruhlandırır. İnanıram ki, mədəniyyət xalqları bir-birinə daha da yaxınlaşdıran ən böyük körpüdür. Bu mükafatı ölkəmin sənət cameəsi, teatr və kino mühitində çalışan bütün yaradıcı insanlar adından qəbul edirəm.”
S. Haqverdiyeva həmçinin bildirib ki, Qarabağ mövzusunun beynəlxalq auditoriyaya çatdırılması onun yaradıcılığında xüsusi yer tutur:
“Bizim yaşadığımız ağrıları, keçdiyimiz yolları və qazandığımız Zəfərin mənəvi tərəflərini sənət dili ilə dünyaya anlatmaq vacibdir. ‘Köhnə çamadanlar’ filmi də məhz insan taleləri üzərindən yaddaş, həsrət və Vətən anlayışını təqdim etməyə çalışır.”
Məlumat üçün bildirək ki, Gümüş Karyera Ödülləri müxtəlif sahələrdə fərqlənən şəxslərin təltif olunduğu beynəlxalq ictimai-mədəni layihədir. Mükafatlandırma BY Media şirkətinin “Protokol” dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət, elm və ictimai fəaliyyət sahələrində uğur qazanan şəxsləri əhatə edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək