Ruhun bədəndə yaşadığı yer tapıldı - Alimlərdən sensasion iddia
Natalya Bextereva – beynin fəaliyyətini onilliklər boyu araşdıran məşhur neyrofizioloq – insan mahiyyətinin və “ruh” anlayışının harada yerləşdiyi ilə bağlı suallara verdiyi cavabla diqqət çəkib.
Həyatını beynin sirlərinin öyrənilməsinə həsr edən alim “beyin labirintlərinin sahibəsi” kimi tanınıb. O, neyronların, sinir impulslarının və beyin qabığının funksiyalarını elmi yanaşma ilə araşdırsa da, ictimaiyyətdə onun mənəvi və fəlsəfi baxışları da maraq doğurub.
Uzun illərdir müzakirə olunan “ruh harada yerləşir?” sualına Bextereva fərqli yanaşıb. O, insanın mənəvi mahiyyətini konkret bir orqanla məhdudlaşdırmağın düzgün olmadığını bildirib.
Alimin fikrincə, ruhu nə yalnız beyində, nə də ürəkdə yerləşdirmək olar. O, bu barədə belə qeyd edib ki, ruhu “dəqiq bir nöqtədə axtarmaq doğru deyil”.
Bextereva ruhun bədəndə fiziki bir yer tutan maddə olmadığını, əgər onu belə qəbul etmək mümkündürsə, bütün orqanizmə yayılmış bir fenomen kimi düşünülməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, insanın mənəvi mahiyyəti bədəni tam əhatə edir və onu konkret sərhədlərlə məhdudlaşdırmaq mümkün deyil. Alim bu ideyanı izah edərkən ruhun fiziki maneələrlə – divar, qapı və digər maddi baryerlərlə məhdudlaşmadığını da qeyd edib.