Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Oğuzda bir kəndlə əlaqə kəsilib
Oğuzda bir kəndlə əlaqə kəsilib
Hadisə

Oğuzda bir kəndlə əlaqə kəsilib

Xpress.az Redaksiyası 25.05.2026 13:18

Oğuzda sel suları körpünü aparıb, bir kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mayın 24-də axşam saatlarında yağan yağışlar rayonun Mollalı kəndində fəsadlara səbəb olub.

Kənd ərazisindən keçən Türyançay çayına sel gəlməsi nəticəsində çay üzərindəki körpü dağılıb.

Hazırda Mollalı kənd sakinlərinin rayon mərkəzinə çıxışı məhdudlaşıb.

Əraziyə Oğuz Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək