Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Azərbaycan xalçaçılıq sənəti və qəhrəmanları
Azərbaycan xalçaçılıq sənəti və qəhrəmanları
Mədəniyyət

Azərbaycan xalçaçılıq sənəti və qəhrəmanları

Xpress.az Redaksiyası 26.05.2026 14:01

Azərbaycan xalçaçılıq sənəti xalqımızın ən qədim və zəngin mədəni irs nümunələrindən biridir. Əsrlərdən bəri xalça yalnız məişət əşyası kimi deyil, həm də xalqın tarixini, dünyagörüşünü, estetik zövqünü və milli kimliyini özündə əks etdirən sənət əsəri kimi formalaşmışdır. Azərbaycan ərazisində xalçaçılığın tarixi minilliklərə gedib çıxır. Arxeoloji tapıntılar və tarixi mənbələr göstərir ki, ölkəmizdə hələ qədim dövrlərdən xalça toxunmuş və bu sənət nəsildən-nəslə ötürülmüşdür.

Azərbaycan xalçaları öz rəng ahəngi, naxış müxtəlifliyi və yüksək toxuculuq texnikası ilə dünyada məşhurdur. Bu xalçalarda istifadə edilən ornamentlər təbiəti, insan həyatını, mifoloji obrazları və milli düşüncə tərzini əks etdirir. Azərbaycan xalçaçılığı müxtəlif məktəblərə bölünür. Bunlara Qarabağ, Quba, Şirvan, Təbriz, Qazax, Gəncə və Bakı xalçaçılıq məktəbləri daxildir. Hər məktəbin özünəməxsus rəng seçimi, naxış sistemi və toxuma xüsusiyyətləri vardır.
Xalçaçılıq sənəti Azərbaycan xalqının həyatında xüsusi yer tutduğu üçün onun qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə muzeylər yaradılmışdır. Bu sahədə ən mühüm mədəniyyət ocağı Azərbaycan Milli Xalça Muzeyi hesab olunur. Muzey dünyanın ilk ixtisaslaşmış xalça muzeylərindən biridir və 1967-ci ildə yaradılmışdır.
Muzeydə minlərlə eksponat – qədim xalçalar, xalça məmulatları, milli geyimlər, tikmə nümunələri, zərgərlik əşyaları və digər dekorativ-tətbiqi sənət nümunələri qorunur. Burada dünyanın ən zəngin xalça kolleksiyalarından biri saxlanılır.
Burada keçirilən sərgilər, seminarlar, beynəlxalq tədbirlər və xalçaçılıqla bağlı müxtəlif layihələrdə . Azərbaycan xalçaçılığının təbliği və inkişafında böyük rolu olan bir Azərbaycan xanımından danışacağam sizə.

Elnarə Rəsulovadır o. Azərbaycan xalçaçılıq sənətini xalqımızın mənəvi sərvəti kimi tanıdan,tanıtdıran bir xanım.

Elnarə Rəsulova — Azərbaycan xalça sənətinin müasir dövrdə beynəlxalq miqyasda təbliği və inkişafı istiqamətində mühüm xidmətləri ilə seçilən tanınmış xalçaçı-rəssam, kurator və mədəniyyət xadimidir. O, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Milli Xalça Muzeyinin Sərgilər sektorunun müdiri, “İz Qallereyası”nın yaradıcısı, həmçinin Bakı Abadlıq Xidmətinin təşəbbüsü ilə Laçın şəhərində yaradılmış “Yurd Qallereyası”nın təsisçisi və ideya müəllifidir.

Bu xanımın ideya müəllifi olduğu 30-a yaxın xalça vardır. Onun yaradıcılığında Qarabağ xalça məktəbinin ornament sistemi, milli-mədəni yaddaş, dövlətçilik ideologiyası və tarixi zəfər fəlsəfəsi xüsusi yer tutur. Elnarə Rəsulovanın əsərləri yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də milli kimliyin və tarixi yaddaşın bədii ifadəsi kimi qəbul edilir.

2024-cü ildə bir neçə dəfə Qarabağın müxtəlif bölgələrində şəxsi kolleksiyası nümayiş edilən və təşkil olunan sərgilər Azərbaycan xalça sənətinin zəfər və qayıdış ruhunu beynəlxalq auditoriyaya çatdıran mühüm mədəni hadisələrdən biri kimi dəyərləndirilmişdir.

Elnarə Rəsulovanın şəxsi xalçasından iki ədəd xalça Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilmişdir. Bu fakt Azərbaycan xalça sənətinin beynəlxalq mədəni diplomatiyada oynadığı mühüm rolu və müəllifin yaradıcılığının yüksək səviyyədə qiymətləndirildiyini göstərən əlamətdar hadisələrdən hesab olunur.

İstanbulda Atatürk Kültür Mərkəzində , Kethuda Kültür Mərkəzində , Üsküdar Bələdiyyəsi, Validə Sultan Gəmisində , Safveti Paşa Egitim Yerleşkesində , İstanbul Sirkəcidə, İstanbul Bahçeşehir universiteti , Turgut Özal Kültür Mərkəzində , həmçinin İtaliya, Norveç, Macarıstan, eləcə də Başqırdıstanda təşkil olunan beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Bu sərgilər vasitəsilə Azərbaycan xalçaçılıq sənətinin zəngin estetikası, Qarabağ xalça məktəbinin bədii ənənələri və milli ornament sistemi beynəlxalq sənət ictimaiyyətinə təqdim edilmişdir.

ilk müəllif sərgisi “Xalça necə yarandı?” adlı sərgi Laçında- Həkərinin sahilində baş tutmuşdu. Məşhur ziyalılar, sənət adamları və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən bu sərgi Laçında keçirilən ilk sərgi kimi tarixə düşmüşdü.
Bundan başqa 2026-cı ildə İstanbulda keçirilən “The Memory of Motif” beynəlxalq sərgisində müəllifin şəxsi kolleksiyasına aid “30 years later…”, “Arjiman”, “Tabriz” və “Guba” adlı nadir xalçaları nümayiş olunmuşdur. Sərgi Azərbaycan xalça sənətinin estetik yaddaşını müasir təqdimat dili ilə birləşdirən mühüm mədəni layihə kimi qiymətləndirilmişdir. Bu sərgilərdə Azərbaycan mədəniyyətini, xalqımızın qədim xalçaçılıq sənətini və tarixini dünyaya tanıdan Elnarə Rəsulovanın əməyi danılmazdır.

Və həmçinin dünyada analoqu olmayan “Ata vəsiyyəti – oğul zəfəri” adlanan ikiüzlü xalçanın da müəllifidir. Bu xalçanın əsas özəlliklərindən biri onun ikitərəfli toxunmasıdır. İpək və yundan toxunan bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib. Əsərin əsas ideya xətti Ümummilli Lider Heydər Əliyev-in siyasi irsi ilə İlham Əliyev-in rəhbərliyi altında qazanılmış tarixi Qarabağ Zəfərinin bədii-fəlsəfi təqdimatına əsaslanır. Xalçanın ikitərəfli toxunması keçmişlə gələcək, vəsiyyətlə zəfər arasında simvolik bağlılığı ifadə edən unikal sənət həlli hesab olunur.

Xalçaçılıq sənəti əsrlərin yaddaşını özündə yaşadır və milli mədəniyyətimizin dünya miqyasında tanınmasına xidmət edir. Xalça muzeyləri, eləcə də bu yöndə atılan addımlar, görülən işlər isə bu irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Elnarə Rəsulova bu gün Azərbaycan milli-mədəni irsinin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirdiyi sərgilər, kurator layihələri və sənət təşəbbüsləri ilə çağdaş Azərbaycan mədəniyyətinin tanınmış simalarından biri kimi fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan uğrunda atılan hər addım ,Vətən üçün göstərilən bütün xidmətlər mənim üçün dəyərlidir. Vətənə xidmət edən hər kəsə xidmət edən Gülər Mübariz qələmi bu dəfə mənəvi,mədəni irs üçün döyüşənlərdən yazdı. Döyüşənin cəbhəsi olmaz, yetər ki, xalq üçün, Vətən üçün olsun. Gözümüzün-könlümüzün seyrinə zövq verən bu yolda əməyi keçən bütün qəhrəmanlara,başda Qarabağın maralı Elnarə xanıma təşəkkür edirəm.

Yaxşı ki, varsınız, xalqın gözəgörünməz xadimləri. Yolunuz açıq, ilmələriniz rəngarəng olsun.

Gülər Mübariz

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək