Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Kırımda Nuriyyə Hüseynova Türk dünyasının
Kırımda Nuriyyə Hüseynova Türk dünyasının
Mədəniyyət

Kırımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı

Xpress.az Redaksiyası 26.05.2026 17:15

Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar artist Nuriyyə Hüseynova Krım Xəbər Agentliyinə müsahibə verib. O, sənət yolu, muğamın beynəlxalq səhnədəki yeri və türk dünyasının ortaq mədəni irsi barədə fikirlərini bölüşüb.

Sənətçi Ordubad rayonunun Dırnıs kəndində böyüdüyünü, ailəsində musiqiyə xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, anası klassik Azərbaycan musiqilərini ifa edir, babası isə tardan istifadə edirdi: “Musiqiyə və muğama sevgim uşaqlıq illərimdən başlayıb.”

Nuriyyə Hüseynova uşaqlıq xatirələrindən danışaraq Sovet dövründə babası ilə birlikdə gizlicə “Türkiyənin Səsi” radiosunu dinlədiklərini bildirib. Onun sözlərinə görə, bu mühit onun musiqi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.

Sənətçi daha sonra yaradıcılıq yolundan bəhs edərək festivalda qazandığı uğurdan sonra Bakıya gəldiyini, peşəkar sənət mühitində fəaliyyətini davam etdirdiyini qeyd edib. O, 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” ansamblına rəhbərlik etdiyini vurğulayıb.

Nuriyyə Hüseynova UNESCO və TÜRKSOY-un dəstəyi ilə bir çox ölkədə konsert proqramları ilə çıxış etdiyini bildirib. O, ABŞ, Fransa, Almaniya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə muğamın universal musiqi dili kimi qəbul olunduğunu qeyd edib.

Sənətçi türk dünyasının ortaq musiqi irsindən danışaraq Azərbaycan, Krım, Kərkük, Qazaxıstan, Özbəkistan və digər xalqların musiqisinin böyük bir mədəni ailənin parçası olduğunu vurğulayıb.

Nuriyyə Hüseynova sonda gənc sənətçilərə tövsiyə verərək bildirib ki, əsl sənət yalnız texnika deyil, həm də milli dəyərlərə bağlılıq və mənəvi məsuliyyətdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək