Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Möminə Xatun türbəsi ətrafında “Yeləni” kəlağayı k...
Möminə Xatun türbəsi ətrafında “Yeləni” kəlağayı kolleksiyası
Mədəniyyət

Möminə Xatun türbəsi ətrafında “Yeləni” kəlağayı kolleksiyası TƏQDİM OLUNDU+FOTO+VİDEO

Xpress.az Redaksiyası 27.05.2026 13:07

Naxçıvanda, Əcəmi seyrəngahında “Yeləni” kəlağayı kolleksiyasının təqdimatı keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə qədim Azərbaycan memarlığı ilə milli dekorativ-tətbiqi sənətin vəhdəti nümayiş etdirilib.

Bildirilib ki, kolleksiyanın əsas ideya xətti böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin irsindən, xüsusilə Möminə Xatun Türbəsinin zəngin həndəsi ornament və kompozisiyalarından ilhamlanıb. Kəlağayı nümunələrində tarixi ornamentlər və milli motivlər müasir bədii yanaşma ilə yenidən təqdim olunub.

Tədbirdə çıxış edənlər milli-mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, həmçinin Əcəmi Naxçıvaninin 900 illik yubileyi layihəyə xüsusi əhəmiyyət qazandırır.

Kolleksiyanın müəllifi Nigar Həziyeva layihənin əsas məqsədinin qədim ornamentləri müasir incəsənət və moda dili vasitəsilə yenidən təqdim etmək olduğunu bildirib.

Tədbir çərçivəsində keçirilən dəfilədə müxtəlif tarixi və mədəni motivləri əks etdirən kəlağayı nümunələri nümayiş olunub. Xurşidbanu Natəvan, Möminə Xatun, Həcər, Turan, Səma və Qobustan motivləri əsasında hazırlanan nümunələriştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Hər bir kompozisiya Azərbaycan tarixinin, qadın obrazlarının, milli düşüncənin və mədəni yaddaşın müxtəlif qatlarını özündə birləşdirərək tamaşaçılara həm estetik, həm də mənəvi mesaj ötürüb.

Kolleksiya iştirakçılar tərəfindən milli irsin müasir sənətdə yaşadılmasının uğurlu nümunəsi kimi yüksək qiymətləndirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək