Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Mahirə Göyçəlinin yeni kitabının təqdimat mərasimi...
Mahirə Göyçəlinin yeni kitabının təqdimat mərasimi keçirilib -
Ana səhifə

Mahirə Göyçəlinin yeni kitabının təqdimat mərasimi keçirilib - FOTO + VİDEO

Xpress.az Redaksiyası 26.05.2026 15:16

Azərbaycan Yazıçılar Birliyində “Dədə Ələsgər ocağı” ictimai birliyinin təşkilatçılığı ilə yazıçı və şair Mahirə Göyçəlinin “Göyçəsiz Göyçəli” kitabının təqdimat mərasimi keçirilib.

Xpress.az "Bizim media"ya istinadla xəbər verir ki, tədbirdə tanınmış ədiblər, ziyalılar, ictimaiyyət nümayəndələri və poeziyasevərlər iştirak ediblər.

Mərasimdə çıxış edənlər müəllifin yaradıcılığından, xüsusilə yeni nəşr olunan “Göyçəsiz Göyçəli” kitabından söz açıblar.

Bildirilib ki, kitabda doğma Göyçə nisgili, yurd həsrəti, milli-mənəvi dəyərlər və insan duyğuları poetik dillə oxuculara təqdim olunur.

Çıxış edənlər Mahirə Göyçəlinin yaradıcılığında vətən sevgisinin və milli yaddaşın xüsusi yer tutduğunu vurğulayıblar.

Tədbir zamanı kitab ətrafında geniş fikir mübadiləsi də aparılıb.

“Göyçəsiz Göyçəli” yalnız bir poeziya nümunəsi deyil, həm də doğma yurda bağlılığın və mənəvi yaddaşın ifadəsi kimi dəyərləndirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək