Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Məşhur pişik mirasını ala bilmir -
Məşhur pişik mirasını ala bilmir -
Maraqlı

Məşhur pişik mirasını ala bilmir - Mərhumun qohumları imkan vermir

Xpress.az Redaksiyası 04.06.2026 15:58

Məşhur moda dizayneri Karl Laqerfeldin sərvətini vəsiyyət etdiyi pişiyi Şupet sahibinin ölümündən 7 il keçməsinə baxmayaraq, hələ də öz payını almayıb.

Bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, Laqerfeldin pişiyi etibar etdiyi köməkçisi Fransuaza Kaşot mirası almaq üçün Fransa vergi orqanları ilə mübarizə aparır.

"İşlər həll olunana qədər Karlın istəklərini yerinə yetirmək, xüsusən də Şupetin heç nədən məhrum olmaması üçün əlimdən gələni edəcəyəm. Bu, mənim əsas prioritetimdir. Ona baxmaqla yanaşı, onun ehtiyaclarını ödəmək üçün yarımştat işləyirəm. O, ehtiyac duyduğu bütün sevgini, diqqəti və qayğını alır”, - deyə Kaşot bildirib.

Xatırladaq ki, 2019-cu ildə vəfat edən Laqerfeld 200 milyon dollarlıq sərvətini pişiyinə vəsiyyət edib. Lakin Laqerfeldin yaxın qohumları buna etiraz edərək məhkəməyə müraciət ediblər. Etiraz qəbul olunaraq, vəsiyyət ləğv edilərsə, sərvət qan qohumları arasında bölüşdürüləcək.(Publika.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək