Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət AZƏRBAYCANLI RƏSSAM GÜLÇİN ASLANLININ ƏSƏRLƏRİ VEN...
AZƏRBAYCANLI RƏSSAM GÜLÇİN ASLANLININ ƏSƏRLƏRİ VENESİYADA MARAQ DOĞURDU
Mədəniyyət

AZƏRBAYCANLI RƏSSAM GÜLÇİN ASLANLININ ƏSƏRLƏRİ VENESİYADA MARAQ DOĞURDU

Xpress.az Redaksiyası 24.10.2025 14:08

Azərbaycanlı keramika rəssamı və heykəltəraş Gülçin Aslanlı 17-29 sentyabr tarixlərində İtaliyanın Venesiya şəhərində ITSLIQUİD Group tərəfindən keçirilən beynəlxalq sənət sərgisində iştirak edib. Sərgi çərçivəsində onun əl işi keramika və dekorativ sənət nümunələri 15 gün ərzində beynəlxalq ziyarətçilərə təqdim olunub.
 
Rəssamın sözlərinə görə, sərgidə nümayiş etdirilən əsərlər xüsusilə ənənəvi sənət elementlərinin müasir yanaşma ilə birləşdirilməsi baxımından yerli sənət nümayəndələrinin diqqətini cəlb edib. Tədbir zamanı bir sıra italyan sənətkarları və yaradıcı emalatxanalarla görüşlər keçirilib.
 
Sərgi müddətində əldə olunan əlaqələrin nəticəsi olaraq Gülçin Aslanlı Venesiyada fəaliyyət göstərən bir emalatxana ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində müəllifin hazırladığı bəzi məhsulların yerli bazarda təqdim olunması və satışının təşkili barədə razılıq əldə olunub.
 
Rəssam bildirib ki, bu əməkdaşlıq Azərbaycan tətbiqi sənətinin Avropa bazarında tanıdılması baxımından mühüm addımdır.
 

"Venesiyada gördüyüm maraq mənə bir daha göstərdi ki, əl işi və müəllif işi olan məhsullar beynəlxalq bazarda öz alıcısını tapa bilir. Məqsədim Azərbaycan sənətini daha geniş auditoriyaya təqdim etmək və yeni əməkdaşlıqlar qurmaqdır", deyə Gülçin Aslanlı qeyd edib.
 
Gələcək planlar sırasında İtaliya ilə yaradıcı əməkdaşlığın genişləndirilməsi, yeni kolleksiyaların hazırlanması və Avropanın müxtəlif şəhərlərində keçiriləcək sənət layihələrində iştirak da yer alır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək