Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Lahıc misgərliyinin tarixi inkişaf mərhələləri -
Lahıc misgərliyinin tarixi inkişaf mərhələləri -
Ana səhifə

Lahıc misgərliyinin tarixi inkişaf mərhələləri - FOTO

Xpress.az Redaksiyası 16.05.2026 10:07

Lahıcda misgərlik sənətinin təşəkkülü və inkişaf tarixi Azərbaycanın ən qədim sənətkarlıq ənənələrinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.  Lahıc əsrlər boyu yalnız yaşayış məkanı deyil, həm də sənət və istehsal mərkəzi kimi formalaşmışdır. Burada misgərlik sənətinin yaranması erkən orta əsrlərə, təxminən X-XI əsrlərə aid edilir. Arxeoloji və etnoqrafik məlumatlar göstərir ki, Lahıc əhalisi metal emalı, xüsusilə misin əridilməsi, döyülməsi və naxışlanması sahəsində yüksək peşəkarlıq nümayış etdirmişdir. Coğrafi mövqeyi, ticarət yollarına yaxınlığı  və yerli xammal ehtiyatları bu sənətin ilkin formalaşmasında mühüm rol oynamışdır. XII-XIV əsrlərdə Lahıcda sənətkarlıq ənənələri dahada möhkəmlənmiş, misdən gündəlik məişət əşyalarının hazırlanması  geniş yayılmışdır.

Bu dovrdə hazırlanan qablar, qazanlar, sərniclər , aftafalar və digər məmulatlar həm yerli təlabatı ödəyir, həm də ətraf bölgələrə aparılırdı. Mis məmulatlarının üzərində işlənən həndəsi və nəbati ornamentlər Lahıc ustalarının estetik zövqünü və sənət məktəbinin formalaşmasını göstərirdi. XVII-XIX əsrlər Lahıc mısgərliyinin ən parlaq inkişaf mərhələsi hesab olunur. Bu dövrdə Lahıc Cənubi Qafqazın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən birinə çevrilmişdir. Misgərlik yalnız fərdi peşə deyil,  bütöv sosial-iqtisadi sistemin əsas sahələrndən biri idi. Emalatxanalar məhəllələr üzrə təşkil olunur, peşə ənənələri ustaddan şagirdə ötürülürdü. XIX əsrdə Lahıcda yüzlərlə sənətkarın  fəaliyyət göstərdiyi, onlarla mis emalatxanasının mövcud olduğu qeyd edilir. Hazırlanan məhsullar Azərbaycan daxilində olduğu kimi, Gürcüstan, İran və Şimali Qafqaz bazarlarına da çıxarılırdı.

XIX əsrin sonu və XX əsrin əvvəllərində sənayenin genişlənməsi, fabrik istehsalının artması və ucuz metal məmulatlarının bazara daxil olması Lahıc misgərliyinin tənəzzülünə səbəb oldu. Əl əməyinə əsaslanan istehsal bazar rəqabətində çətinliklərlə üzləşdi, bir sıra emalatxanalar fəaliyyətini dayandırdı. Sovet dövründə sənətin müəyyən qədər qorunmasına çalışılsada, əvvəlki iqtisadi gücü zəifləmişdi.

XX əsrin sonlarından etibarən milli –mədəni irsə diqqətin artması Lahıc misgərliyinin yenidən dirçəlməsinə  şərait yaratdı. Xüsusi ilə ənənəvi sənətkarlığın turizm və mədəni irs lahiyələri ilə əlaqələndirilməsi bu sahəyə yeni nəfəs verdi. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi  mədəni irs nümunəsi kimi tanındı. Bu Lahıc misgərlik məktəbinin beynəlxalq səviyyədə qəbul edilməsinin mühüm göstəricisidir.

Beləliklə, Lahıc misgərliyi yaranma, yüksəliş, tənəzzül və yenidən dirkəliş mərhələlərindən keçərək bu gün də Azərbaycan xalqının sənət yaddaşını yaşadan mühüm mədəni irs nümunəsi olaraq fəaliyyətini davam etdirir.

Lahıc misgərliyi orta əsrlərdə yaranmış, XIX əsrdə zirvəyə çatmış, sənayeləşmə dövründə zəifləsə də, müasir dövrdə mədəni irs kimi yenidən dirçəlmişdir.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

"Şərq" qəzeti, 15-22 may 2026-cı il

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək