Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu -
Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu -
Hadisə

Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu - VİDEO

Xpress.az Redaksiyası 15.06.2026 14:06

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həyatını itirib.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Təlim uçuşu tapşırığını həyata keçirən hava gəmisi Mardan dairəsində yerləşən yaşayış evlərinin üzərinə düşüb. Qəza nəticəsində üç yerli sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda aviaqəzanın baş verdiyi ərazidə xilasetmə qrupları fəaliyyət göstərir. Təyyarənin qəzaya uğrama səbəbləri isə hələlik araşdırılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək