Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Naxçıvan reysində qorxulu anlar:
Naxçıvan reysində qorxulu anlar:
Hadisə

Naxçıvan reysində qorxulu anlar: Qapını açmaq istədi...

Xpress.az Redaksiyası 15.06.2026 20:04

Moskvadan Naxçıvana uçan "Utair" təyyarəsinin sərnişini 11 min metr hündürlükdə təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib.

Bu barədə Rusiyanın "Baza" Teleqram kanalı məlumat yayıb.

"Xəzər dənizi üzərində uçuş zamanı sərnişinlərdən biri qəfildən təyyarənin xidmət qapısını açmağa başlayıb. Təyyarədə həyəcan siqnalı səslənib. Uçuş bələdçiləri qadını dayandıra biliblər.

Sonradan məlum olub ki, qadın tualeti axtarırmış, səhv qapıya yaxınlaşıb və az qala onu açırmış. Təyyarə təyinat yerinə çatmayıb, amma başqa səbəbə görə. Naxçıvan hava limanı pis hava şəraitinə görə bağlanıb, təyyarə Gəncəyə yönləndirilib", - məlumatda qeyd olunub.(axar.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək