Hadisə
Putini lağa qoyan rusiyalı rəssam Polşada öldürüldü
Xpress.az Redaksiyası
15.06.2026 21:42
Rusiyalı rəssam Semyon Skrepetski Polşada qətlə yetirilib.
Kult.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, qətl hadisəsi Belarusla sərhəd yaxınlığında, qaçqın düşərgəsinin yerləşdiyi Biala-Podlyaska şəhərində baş verib.
Qeyd edək ki, Semyon Skrepetski əvvəllər Rusiya Prezidenti Vladimir Putin və Çeçenistan rəhbəri Ramzan Kadırovu sərt şəkildə lağa qoymuşdu.