Gündəm
Xankəndiyə növbəti köç olub
Xpress.az Redaksiyası
19.06.2026 12:19
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb.
Xpress.az xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.