Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Lahıc şəhərsalmasında məhəllələrin rolu -
Lahıc şəhərsalmasında məhəllələrin rolu -
Ana səhifə

Lahıc şəhərsalmasında məhəllələrin rolu - FOTO

Xpress.az Redaksiyası 22.06.2026 10:29

Məhəllə -   şəhər və qəsəbə daxilində formalaşmış, özünəməxsus adı və bəzən idarəetməsi olan kiçik yaşayış sahəsidir. Etimologiyası “düşərgə salmaq”, “yerləşmək” və ya “dayanmaq” mənasını verir. Klassik Şərq şəhərsalma ənənəsində məhəllə sadəcə evlər qrupu deyil, həmdə insanların ortaq dəyərlər ətrafında birləşdiyi sosial vahiddir.

Məhəllə insanlar arasında qonşuluq münasibətlərinin, təhlükəsizliyin və qarşılıqlı yardımlaşmanın ən güclü olduğu məkandır. Lahıc şəhərsalmasında məhəllələrin böyük rolu var. Şəhərsalma strukturunda məhəllələr qəsəbənin həm fiziki planlaşdırılmasını, həm də sosial-iqtisadi həyatını nizamlayan təməl vahidləridir.

Bu sistem Lahıcın unikal “şəhər-kənd” arxitekturasını formalaşdırır. Lahıcda məhəllələr əsasən orda yaşayan sənətkarların peşəsinə görə formalaşmışdır. Lahıcın məşhur daş döşənmiş küçələri məhz bu məhəllələri bir-biri ilə birləşdirir. Şəhərsalma elə dəqiqliklə qurulub ki, hər məhəllə həm müstəqil funksiya daşıyır, həm də ümumi qəsəbə infrastrukturuna inteqrasiya olunur.

Hər məhəllənin ayrıca hamamı, bulağı, məscidi və sənət növü olduğundan,  hər məhəllə ayrıca bir qəsəbə kimi fəaliyyət göstərirdi. Bu sistem sayəsində Lahıc əsrlər boyu peşə ixtisaslaşmasını qoruyub saxlamış, həm də kollektiv yaşayışın mükəmməl nümunəsini yaratmışdır.

Bədöyün məhəlləsi: Lahıcın mərkəzi hissəsində və bir neçə sənət növü ilə məşğul olan insanların yerləşdiyi məkan. Burda insanlar əsasən misgərlik ( döymənaxışçılar və məişət əşyaları ustaları), həkkaklıq, nəqqaşlıq, zərgərlik , xalçaçılıq, tacirlik sənətləri ilə məşğul olublar. Hal hazırda da qismən məşğul olurlar. Məhəllənin məscidi, bulağı, daş döşənmiş küçələri və kanalizasiya (kürəbənd ) sistemi olub və hal hazırda da yaxşı vəziyyətdə qorunub saxlanılır. Dövlət tərəfindən qorunan 17 tarixi abidə mövcuddur: Ə.Dəmirovun, Hacı Səməd Şirinovun, Məhəmməd Manafovun, Ağabalayevlərin, Müslüm Dəmirovun, Eyni Nəzərovun, Əli Məmmədovun, Mirzəağa Əliyevin, Nağı Əliyevin, Məşədi Süleymanın və Bəşir Musayevin yaşayış evləri, Kəblə Bayramın, Hacı Molla Hüseynin və Məşədi Mütəllimin mağazaları, Bala Dayının emalatxanası, Hacı Gülməmmədin misgər emalatxanası, Bədöyün məscidi.

Ağolu məhəlləsi: Lahıcın mərkəzi hissəsi. Çox çeşidli sənətkarlıq məhəlləsi. Burada camaat misgərlik, qalayçılıq, dəllək, bənna, dülgər, hicamə, xalçaçılıq, papaqçılıq,  sərraclıq, şəbəkə, zərgərlik, şalbafçılıq  sənətləri ilə məşğul olublar. İndi isə bir-iki  sənət növü qalıb. Burada 12 yerli əhəmiyyətli abidə dövlət tərəfindən qorunur: Səlim Əliyevin, Kamil Kamilovun, Hacıağa Sultanovun, Abdulla Dadaşovun, Baba Əlimərdanovun, Məcid Abbasovun, Hacı Gülməmmədin, Hacıyevlərin və Əlimansurun yaşayış evləri, Zəvərö (Qulu), Baba və Ağolu bulaqları.

Piştə məhəlləsi: Lahıcın şərq, qismən də mərkəz hissəsi. Əsasən xəttatlıq, sərraclıq, dərzi, xalçaçılıq, misgərliyin güyüm düzəldənləri, nəccarlıq, çəkməçilik, qalayçılıq, corab toxuma sənətləri ilə məşğul olublar. Burada 7 tarixi abidə var: Mirsadıq Sadıqovun, Anaxanım Aşumovun, Baba Məmmədzadənin, Bağır Əliyevin, Hacıbaba Seyfaliyevin və Nurməhəmməd Nurməhəmmədovun yaşayış evləri, Ağolu məscidi.

Murodun məhəlləsi: Qəsəbənin cənub və cənubi-qərb hissəsi. Əsasən silahsazlar, hicamə, çəkmədüzlər, əyirçilər, kərpickəsənlər, bənnalar, qalayçılıq sənətləri ilə məşğul olanlar burada yaşayıblar. İndi demək olar ki, fəaliyyət göstərmirlər. Bu məhəllədə 6 tarixi abidə dövlət tərəfindən qorunur: Hacı Aşurun, Məhəmmədəli Talıbovun, Əziz Abbasovun və Hacı Cahanbaxşın yaşayış evləri, Hacı Cahanbaxş hamamı, Lil körpüsü.

Duluz məhəlləsi: Qəsəbənin cənub hissəsi. Məhəllənin yerləşdiyi ərazi Lil çayı sahilindədir. Burada gil məmulatı daha çoxdur. Bu səbəbdən dulusçuluq sənətinin orada inkişafı heç də təsadüfi deyil. Dulusçuluqdan əlavə, bu məhəllədə xarratçılar, kərpickəsənlər, rəngsazlar sənətkarlıqla məşğul olublar. Hal-hazırda qeyd olunan sənət növləri ilə məşğul olan yoxdur. Burada bir tarixi abidə var: Musa Hüseynovun yaşayış evi.

Dər Həsən məhəlləsi:  Qəsəbənin cənub hissəsi. Bu məhəllənin sakinləri əsasən çustdüz, papaqçılıq, körük basanlar və gön dəri sənətləri ilə məşğul olublar. Məhəllədə 4 tarixi abidə dövlət tərəfindən qorunur: Nəcəfqulu Quliyevin və Səttar Abbasovun yaşayış evləri, Zəvərö məscidi, Hacı Nürməhəmməd hamamı.

Zəvərö məhəlləsi:  Qəsəbənin cənub və cənub-şərq hissəsi. Suyun bolluğu və Lil çayının sahilində olduğundan dabbaqlıq, gön dəri sənətləri üçün burada münbit şərait yaranmışdır. Bu sənət növləri burada inkişaf etmişdir. Hal-hazırda da qismən məşğul olurlar. Ovçuluq və basmaçılıqla da məşğul olublar.  Məhəllənin nisbətən dağlıq relyefdə yerləşdiyinə baxmayaraq, 6 tarixi abidə Lahıc şəhərsalmasının mükəmməl nüminəsidir: Talıb İbrahimovun, Əhəd Hüseynovun, Sona Qədirovun, Mehdi Xəlilovun, Mikayıl Məlikovun və Cəbi Məlikovun yaşayış evləri.

Pulodun məhəlləsi: Qəsəbənin mərkəzi hissəsində yerləşir. Lahıc şəhərsalması və kanalizasiya şəbəkəsinin başlanğıc hissəsidir. Əsasən dəmirçilik, nalbəndlik, cavosun və ülgüc düzəltməklə məşğul olublar. Eyni zamanda xalq təbabəti sahəsi də burada inkişaf etmişdir.

Dəre Lülö məhəlləsi: Mürəkkəb coğrafi ərazidə yerləşməsi, şəhərsalma strukturunda mərkəzdən nisbətən uzaq mövqedə olması səbəbindən, həmin ərazidə ənənəvi dağ memarlığı prinsiplərinin tam formalaşmasına müəyyən dərəcədə mane olmuşdur. Nəticə etibarilə, bu sahələr Lahıcın klassik memarlıq simasının az qorunmuş nümunəsi kimi qiymətləndirilə bilər. Əsas məşğuliyyətləri kənd təsərrüfatı, qismən də dabbaqlıq sənəti olmuşdur.

Bağmijə məhəlləsi: Şəhərsalma planlaşma sistemindən kənarda qalması səbəbindən bu məhəllədə dağ memarlığına xas prinsiplərin inkişafı məhdud olmuşdur. Nəticə etibarilə sənətkarlıq fəaliyyəti burada zəifləyərək qismən kənd təsərrüfatı ilə əvəz olunmuşdur.

Rəhimlilər məhəlləsi: Lahıcın ikinci hissəsi olan Ərəgitdə məhəllə. Qəsəbənin şimali-şərq hissəsi. Lahıc təkcə daş evləri və sənətkarlıq ənənəsi ilə deyil, ziyalı mühiti ilə də fərqlənir. Elmin bütün sahələrində yüzlərlə lahıclı alim Azərbaycan elminə, mədəni mühitinə töhfələr vermişdir. Bu məhəlləyə adətən ziyalılar məhəlləsi də deyirlər. Qravür, xəttatlıq, bənnalıq və ticarətlə də məşğul olublar. Məhəllə Lahıc şəhərsalmasının mühüm hissəsini təşkil edir. Burada 9 tarixi abidə dövlət tərəfindən qorunur: Hacı Əhmədin, Mirzə Məhəmmədin, Ağabala Novruzovun, Hüseyn Axundovun, Ağamusa Kazımovun, Rəhimlinin və Süleymanovların yaşayış evləri, Yuxarı Ərəgit məscidi, Hacı Abdulalının mağazası.

Seyidlər məhəlləsi: Ərəgitin mərkəzi hissəsində, seyidlərin çoxluq təşkil etdiyi məhəllə. Dəmirçilik, rəngsazlıq, daş üzərində həkkaklıq sənəti və qismən də misgərlik ilə məşğul olurdular. Lahıc şəhərsalmasının ayrılmaz hissəsidir. Bu ərazidə 13 yerli əhəmiyyətli tarixi abidə yerləşib: Məmməd İbrahimin, Seyidlərin, Mirzəli Axundovun, Ramazan Rzayevin, Bağırovların, Mahmud Əliyevin, Ağarəhim Rəhimovun, Hacı Məhəmmədəlinin, Məmmədinin, Hacı Molla Hüseynin, Məşədi Məmmədin və Məhəmməd Abbasovun yaşayış evləri, Hacı Molla Hüseyn hamamı.

Əhmədli məhəlləsi: Ərəgitin Girdiman çayı sahilində şəhərsalma sisteminin bir hissəsi olmaqla Lahıc sivilizasiyasında xüsusi yeri var. Əsasən dəmirçilik, həkkaklıq, daş sənətkarlığı ilə məşğul olublar. Maddi-mədəni irs nümunəsi olan 12 yerli abidə Əhmədli məhəlləsində dövlət tərəfindən qorunur:  Hacı Dadaş Haqverdiyevin, Məşədi Damatın, Cəbrayıl Allahverdiyevin, Seyfulla Əliyevin, Məşədi Ələkbərin, Qəzənfər Qəniyevin, İsgəndər İsgəndərovun, Baba Quliyevin, Usta Məhəmmədrzanın və Soltan Babayevin yaşayış evləri, Aşağı Ərəgit məscidi, Su dəyirmanı.

Undəs (Hacı Ağalı) məhəlləsi:  Lahıcla üzbəüz, Girdiman çayının sağ sahilində.  Lahıc şəhərsalma şəbəkəsindən kənar, kənd təsərrüfat təyinatlı fəaliyyət göstərmişlər. Hal-hazırda məhəllədən yalnız bir köhnə qəbiristanlıq qalmışdır.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək