Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Lahıc samovarlarının tarixi inkişaf yolu -
Lahıc samovarlarının tarixi inkişaf yolu -
Ana səhifə

Lahıc samovarlarının tarixi inkişaf yolu - FOTO

Xpress.az Redaksiyası 27.06.2026 16:58

Böyük Qafqazın qoynunda, dumanlı dağların əhatəsində yerləşən Lahıc qəsəbəsi əsrlərdir ki, dar küçələrdən ucalan çəkic səslərinin ritmi ilə nəfəs alır. Bu qədim sənət  mərkəzində misə can verən ustaların nəsildən-nəslə ötürdüyü ən ecazkar miraslardan biri də Lahıc samovarıdır.

Lahıc ustalarının hələ XIV əsrdə düzəltdiyi “Simuzər” müasir samovarların ən qədim əcdadı sayılan və səfər (yolçuluq) zamanı istifadə olunan antik su qaynatma qabıdır. Simuzər əsasən karvan yolları ilə hərəkət edən çarvadarlar və səyyahlar üçün xüsusi olaraq hazırlanırdı. Lahıc ustalarının hazırladığı bu quruluş sonradan Rusiyada və dünyada məşhurlaşan samovarların ilkin forması və ixtira əsası hesab olunur.

Lahıclı usta Nəcəfqulu tərəfindən 1717-ci ildə düzəldilən ilk mis samovar “Simuzər” artıq sabit məişət əşyasına çevrildiyini sübut edən ən mühüm keçid nümunəsidir. Təxminən üç yüz il əvvəl - XVIII əsrin əvvəllərində Lahıc emalatxanalarında alovlanan ocaqlar və sədası qayalar arasında əks-səda doğuran ağır çəkiclər, sadəcə bir məişət əşyası deyil, həm də mühəndislik və bədii təfəkkürün zirvəsi olan ilk samovarları yaratdı.

O dövrün Lahıc samovarlarında estetik görünüş sadəcə bəzək xətrinə deyil, qədim bir fəlsəfi təfəkkürün ifadəsi kimi formalaşırdı. Qədim ustalar samovarların üzərinə vurduqları hər bir cizgi ilə sanki metala gizli bir dil bəxş edirdilər. Məsələn, samovarların gövdəsində ən çox rast gəlinən, Şərq fəlsəfəsinin və Azərbaycan mədəniyyətinin simvolu olan buta, nəbati ornamentləri kainatın sonsuz nizamı, həyatın fasiləsiz axınını və ilahi eşqi təmsil edirdi. Bu gizli rəmzlər sayəsində samovar su qaynadan bir qabdan çıxıb hər çay məclisində ailəyə və qonaqlara dinclik, bərəkət və xoşbəxtlik arzulayan bədii bir xəbərçiyə çevrilirdi.

O dövrün Lahıc samovarları, sənayeləşmədən uzaq, tamamilə insan iradəsinin və fiziki gücünün misilsiz təzahürü idi. Qədim ustalar heç bir qaynaq, lehim materialından istifadə etmədən, bütöv bir mis külçəni günlərlə soyuq və isti döymə üsulu ilə döyərək mükəmməl bir gövdə formalaşdırırdılar. Bu mükəmməl texnoloji proses metalın molekulyar quruluşunu sıxlaşdırır və samovarı əsrlərin sınağına dözümlü edirdi. Samovarın səthi bir xəttat dəqiqliyi ilə sözügedən nəbati naxışlar, Quran ayələri və ya klassik Şərq poeziyasının fəlsəfi beytləri ilə bəzədilirdi.

Zaman axdıqca və təqvimlər XIX əsrdən XX əsrə doğru irəlilədikcə, Lahıcın bu unikal xronoloji irsi sənaye inqilabının və qloballaşmanın gətirdiyi dalğalarla qarşılaşdı. Keçmişin tamamilə əl əməyinə əsaslanan bütöv döymə üsulu, zamanla yerini sənaye üsulu ilə yayılmış prokat mis təbəqələrə və hazır pres qəliblərlə verməyə başladı. Müasir dövrün Lahıc ustaları əcdadlarının mirasını yaşatmaqla bərabər, zamanın texnoloji tələblərinə də uyğunlaşırlar.

Bu gün Lahıc emalatxanalarında hazırlanan samovarlarda qədim pərçim üsulunu gümüş əsaslı müasir lehimləmə texnikası əvəz etmişdir ki, bu da istehsal müddətini xeyli qısaltmışdır. Əgər 300 il əvvəl bir samovarın ərsəyə gəlməsi üçün aylarla vaxt tələb olunurdusa, bu gün ustanın masasında bu proses bir neçə günə yekunlaşır.

Lakin bu texnoloji dəyişikliklə sənətkarlar Lahıc samovarlarının üzərində həmin qədimi naxışları köçürərək keçmişlə bu gün arasında sarsılmaz bir mənəvi körpü qururlar. Beləliklə, 300 il əvvəl dünya muzeylərinin bəzəyinə çevrilən xalis döymə mis şah əsərlər bu gün daha dinamik, lakin yenə də eyni estetik genetikaya və dərin simvolizmə malik müasir Lahıc samovarlarında yaşayır. Bu xronoloji təkamül misin pıçıltısında tarixin sönməz sədası kimi gələcəyə doğru əks­-səda verməklə davam edir.

Lahıc samovarı sadəcə odu su ilə qovuşduran bir mis qab deyil, o, zamana meydan oxuyan bir ruhun, oda tapınan sənətin və nəsillərin yaddaş süzgəcindən keçib gələn milli kimliyin daşlaşmış, daha doğrusu, misləşmiş formasıdır. 300 il əvvəl fədakar ustaların çəkic zərbələri altında döyülən o ilk xalis samovarlardan, müasir emalatxanalarda parıldayan modern nümunələrə qədər dəyişən yalnız zaman və üsullar olub. Metalın canına hopdurulan sevgi, qonaqpərvərlik fəlsəfəsi və hər naxışın pıçıldadığı sirlər isə olduğu kimi qalır.

Elə buna görə də, Lahıcın daş döşənmiş küçələrində ucalan çəkic səsləri kəsilmədikcə, ocaqlarda qaynayan o qədim samovarlar tarixi keçmişimizi yaşadacaq, gələcək nəsillərə ötürəcəkdir.

Ağaməşədi ƏLİYEV

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək