Bakının gizli qalmış MONUMENTAL SƏNƏT İNCİSİ - FOTO
Jurnalist Vahid Şükürov paytaxt Bakının gizli qalmış daha bir monumental sənət incisi barədə fotolar paylaşıb.
Xpress.az xəbər verir ki, o, sosial media hesabında paylaşdığı fotoları aşağıdakı qaydada təqdim edib: “Bakının gizli qalmış daha bir monumental sənət incisi Sabunçu rayonundakı binalardan birinin bəzəyir. 1980-ci illərdə görkəmli rəssam, Əməkdar incəsənət xadimi Elmas Hüseynov tərəfindən yaradılmış bu parlaq və incə işlənmiş mozaika dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə” motivlərinə həsr olunub. Bu əsər monumental-dekorativ sənətimizin dəyərli nümunələrindən biri olmaqla yanaşı, bu gün də şəhərimizin memarlıq irsini zənginləşdirir”.









