Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Beyləqanda Milli Mətbuat Günü qeyd edildi
Beyləqanda Milli Mətbuat Günü qeyd edildi
Mədəniyyət

Beyləqanda Milli Mətbuat Günü qeyd edildi

Xpress.az Redaksiyası 22.07.2026 17:33

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Günü münasibətilə rayon Gənclər Evində tədbir keçirilib.

Xpress.az xəbər verir ki, tədbirdə Beyləqan RİH başçısı Əziz Əzizov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, ictimaiyyət nümayəndələri, media mənsubları, ziyalılar və qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Gənclər Evində davam edən tədbir Azərbaycanın Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ə.Əzizov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək bildirib ki, Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan zəngin ənənələrə malikdir.

O qeyd edib ki, milli mətbuat ötən 151 il ərzində cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, ictimai fikrin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Ə.Əzizov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə media sahəsində həyata keçirilən islahatlar peşəkar jurnalistikanın inkişafına geniş imkanlar yaradır.

RİH başçısı çıxışında bildirib ki, müasir dövrdə obyektiv, operativ və məsuliyyətli informasiya cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycan mediasının xüsusilə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. Əziz Əzizov eyni zamanda yerli medianın rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasına verdiyi töhfələri yüksək qiymətləndirərək, bütün media nümayəndələrinə məsuliyyətli fəaliyyətlərinə görə təşəkkür edib, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. Daha sonra 22 İyul-Milli Mətbuat Günü münasibətilə bir qrup media işçisini Fəxri Fərman və hədiyyələrlə təltif edib.

Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan rayon bölməsinin sədri, “Beyləqan” qəzetinin redaktoru Fazil Əsəd və “Novator” qəzetinin təsisatçısı, iqtisadi məsələlər üzrə ekspert Mehman Əliyev və digərləri çıxış edərək milli mətbuatın keçdiyi inkişaf yolundan, peşəkar jurnalistikanın cəmiyyət üçün əhəmiyyətindən və yerli medianın fəaliyyətindən bəhs ediblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Beyləqan Rayon Mədəniyyət Nümayəndəliyinin hazırladığı musiqili proqram iştirakçılara təqdim olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək