Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Jurnalistlərin İsmayıllı rayonuna mediaturu təşkil...
Jurnalistlərin İsmayıllı rayonuna mediaturu təşkil edilib
Cəmiyyət

Jurnalistlərin İsmayıllı rayonuna mediaturu təşkil edilib - FOTO

Xpress.az Redaksiyası 23.07.2026 10:58

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə İsmayıllı rayonuna mediaturu təşkil edilib.
Media nümayəndələri rayonda görülən abadlıq-quruculuq işləri, turizm və sənaye obyektləri tanış olmaq məqsədilə rayonun Basqal qəsəbəsi, Buynuz, Qalacıq, İvanovka, Hacıhətəmli kəndlərinə səfər ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov media nümayəndələrini 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edərək bu gün ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb.

Media nümayəndələri onlara göstərilən dövlət qayğısına və respublikanın hər yerində dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək