Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycana ən çox turist bu ölkələrdən gəldi
Azərbaycana ən çox turist bu ölkələrdən gəldi
Cəmiyyət

Azərbaycana ən çox turist bu ölkələrdən gəldi - Siyahı

Xpress.az Redaksiyası 27.07.2026 12:25

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub.

Ümumi gecələmələrin 58,8 faizi Bakının payına düşüb. Sonrakı yerlərdə Qusar (5,9 faiz), Naftalan (5,5 faiz), Qəbələ (3,4 faiz), Quba (3,1 faiz), Lənkəran (3,0 faiz), Xaçmaz (2,1 faiz), Gəncə (1,9 faiz), Şuşa (1,8 faiz), Şamaxı (1,5 faiz), Naxçıvan MR (1,2 faiz), Şabran (1,1 faiz) və Masallı (1,1 faiz) qərarlaşıb. Digər şəhər və rayonların payı isə 9,6 faiz təşkil edib.

Hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilən gecələmələrin sayı da 10,3 faiz azalaraq 1 milyon 69,8 min olub. Bu göstərici ümumi gecələmələrin 59,2 faizini təşkil edir.

Xarici turistlərin gecələmələrinin 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi BƏƏ, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin payına düşüb.

Əcnəbilərin keçirdiyi gecələmələrin 81,9 faizi Bakıda qeydə alınıb. Qusar və Naftalanın hər birinin payı 5,6 faiz, Qəbələnin payı 2,1 faiz, Qubanın payı 1,0 faiz olub. Digər şəhər və rayonların ümumi payı isə 3,8 faiz təşkil edib.

Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 faizinə bərabərdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək