Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycana vizasız səfər edə bilən ölkələrin sayı
Azərbaycana vizasız səfər edə bilən ölkələrin sayı
Cəmiyyət

Azərbaycana vizasız səfər edə bilən ölkələrin sayı ARTDI

Xpress.az Redaksiyası 29.07.2026 11:52

Hazırda 17 ölkənin vətəndaşları Azərbaycana vizasız qaydada səfər edə bilir.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil olunan mediaturda bildirib.

Qurum nümayəndəsinin məlumatına görə, daha 89 ölkənin vətəndaşları "ASAN Viza" sistemi vasitəsilə elektron viza alaraq ölkəyə gələ, 11 ölkənin vətəndaşları isə vizanı birbaşa beynəlxalq hava limanlarında rəsmiləşdirə bilirlər:

"Son iki-üç ay ərzində Azərbaycan bir sıra ölkələrlə birtərəfli qaydada vizasız rejim tətbiq edib. Bu ölkələr sırasında Yaponiya, Koreya Respublikası, Bosniya və Herseqovina və digərləri yer alır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək