Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bağışlanan ev satıla bilər? — Açıqlama
Bağışlanan ev satıla bilər? — Açıqlama
Cəmiyyət

Bağışlanan ev satıla bilər? — Açıqlama

Xpress.az Redaksiyası 29.07.2026 13:19

Daşınmaz əmlakın bağışlanması bir çox hallarda ailə münasibətləri, yaxınlara dəstək və ya əmlakın gələcək taleyinin müəyyənləşdirilməsi məqsədi ilə həyata keçirilir. Lakin əmlak başqa şəxsin adına keçirildikdən sonra tərəflər arasında hüquq və öhdəliklərin necə dəyişməsi, əvvəlki sahibin həmin əmlak üzərində hər hansı nəzarət imkanının qalıb-qalmaması tez-tez sual doğuran məsələlərdəndir.

Xüsusilə valideynlərin övladlarına, ailə üzvlərinin və ya digər şəxslərin bir-birinə daşınmaz əmlak bağışlaması zamanı həmin əmlakın gələcəkdə satılmaması, başqa şəxslərə verilməməsi və ya ailə daxilində qalması ilə bağlı müəyyən istəklər olur. Ancaq mülkiyyət hüququnun tam şəkildə başqa şəxsə keçməsi ilə yeni sahibin əmlak üzərində sərəncam vermək hüququ yaranır.

Bu baxımdan bağışlama müqaviləsi zamanı tərəflərin hansı şərtləri müəyyən edə bilməsi, yeni mülkiyyətçinin əmlakı gələcəkdə satmaq və ya özgəninkiləşdirmək hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırıla bilməməsi hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır. Bəs Azərbaycan qanunvericiliyi bu məsələdə hansı imkanları nəzərdə tutur? Bağışlayan şəxs əmlakın gələcək taleyinə təsir edə bilərmi?

Demokrat.az-a mövzu ilə bağlı danışan hüquqşünas Elnur Məmmədov deyib ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, daşınmaz əmlak bağışlama müqaviləsi əsasında başqa şəxsin mülkiyyətinə keçirildikdən sonra həmin şəxs əmlak üzərində tam mülkiyyət hüququ əldə edir.

“Mülkiyyət hüququnun məzmununa sahiblik, istifadə və sərəncam vermək səlahiyyətləri daxildir. Buna görə də, bir qayda olaraq, yeni mülkiyyətçinin əmlakı satması, bağışlaması, dəyişməsi, ipoteka ilə yükləməsi və ya digər formada özgəninkiləşdirməsi onun qanunla qorunan mülkiyyət hüququnun tərkib hissəsidir.

Bu səbəbdən, bağışlama müqaviləsində "əmlak heç vaxt satıla, bağışlana və ya başqa şəxsə verilə bilməz" məzmununda daimi və mütləq qadağanın nəzərdə tutulması Azərbaycan mülki hüququnun əsas prinsipləri ilə uzlaşmır. Belə şərt mülkiyyət hüququnun mahiyyətini məhdudlaşdırdığı üçün hüquqi qüvvəyə malik hesab edilməyə və ya məhkəmə tərəfindən etibarsız sayıla bilər”, - deyə Elnur Məmmədov fikrini tamamlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək