Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Eşşək əti qalmaqalı: Nazirlik daha 34 məhsulu ifşa...
Eşşək əti qalmaqalı: Nazirlik daha 34 məhsulu ifşa etdi
Gündəm

Eşşək əti qalmaqalı: Nazirlik daha 34 məhsulu ifşa etdi

Xpress.az Redaksiyası 31.07.2026 13:10

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida məhsullarında saxtakarlıq və tərkib pozuntularına yol verən şirkətlərin siyahısını yeniləyib.

Son yoxlamaların nəticələrinə əsasən, ictimaiyyətə daha 34 məhsul barədə məlumat açıqlanıb.

Nazirliyin yaydığı məlumata görə, "Sağlamlıq üçün təhlükəli qidalar" və "Saxtalaşdırılmış və ya tərkibi dəyişdirilmiş qidalar" kateqoriyalarına daxil edilən məhsullar arasında ciddi qanun pozuntuları aşkarlanıb.

Yoxlamalar zamanı sağlamlıq üçün risk yaradan 12 məhsuldan 9-da at və eşşək ətinin istifadə edildiyi müəyyən olunub. Bu məhsulları istehsal edən müəssisələrin 5-i Mersində, 4-ü isə Adanada fəaliyyət göstərir.

Nazirlik yalnız ət məhsullarında deyil, süd və emal olunmuş qidalarda da saxtakarlıq halları aşkar edib.

Belə ki, "qatıq" adı ilə satışa çıxarılan məhsullardan birində qatılaşdırıcı maddə kimi jelatindən istifadə olunduğu müəyyən edilib.

Bundan başqa, Adananın Yüreğir rayonunda "istiliklə emal edilmiş mal əti kolbasası" adı ilə satılan məhsulun tərkibində mexaniki şəkildə ayrılmış quş əti aşkarlanıb.

Eyni zamanda, Ankaranın Yenimahalle rayonunda fəaliyyət göstərən bir müəssisənin istehsal etdiyi toyuq küftəsində də mexaniki şəkildə ayrılmış quş ətindən istifadə edildiyi müəyyən olunub.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida təhlükəsizliyinin təmin olunması məqsədilə yoxlamaların davam etdiriləcəyini və qanun pozuntularına yol verən müəssisələrin ictimaiyyətə açıqlanacağını bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakının bu mərkəzi küçələri tamamilə bağlanır

31.07.2026 22:45 Cəmiyyət

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi Ramin Qasımova həvalə olundu

31.07.2026 22:03 Gündəm

Bakıda” Ayfon 17″ niyə bu qədər baha satılır?

31.07.2026 19:11 Texnologiya

BÜRCLƏRİN ən yaxşı dostları

31.07.2026 18:48 Cəmiyyət

Rəşad Dağlı və “Arzum9999″un həbsini nə birləşdirir? – ŞOK DETALLAR

31.07.2026 17:45 Gündəm

Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – SİYAHI

31.07.2026 17:34 Texnologiya

Azərbaycanda bu qadınlara ödənişli məzuniyyət verilir

31.07.2026 16:20 Cəmiyyət

Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır

31.07.2026 15:05 Media

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti

31.07.2026 14:26 Gündəm

Banklar kreditləşməyə daha 4-6 milyard manat yönəldə bilər

31.07.2026 14:13 İqtisadiyyat

Maşınını həyətdə yuyanlar cərimə olunacaq?

31.07.2026 13:45 Cəmiyyət

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib -

31.07.2026 13:14 Cəmiyyət

Şəhid sərhədçilər ehtiramla anılıblar

31.07.2026 12:57 Cəmiyyət

Həkimlər üçün

31.07.2026 12:31 Ana səhifə

Azərbaycanda 900-dən çox uşağa ananın soyadı verildi

31.07.2026 12:25 Cəmiyyət

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub -

31.07.2026 12:09 Ana səhifə

Rəngarəng şəkərlərlə gələn

31.07.2026 12:06 Sağlamlıq

Estetik cərrah və anestezioloqa hökm oxundu

31.07.2026 11:59 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək