Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda bu qadınlara ödənişli məzuniyyət veri...
Azərbaycanda bu qadınlara ödənişli məzuniyyət verilir
Cəmiyyət

Azərbaycanda bu qadınlara ödənişli məzuniyyət verilir

Xpress.az Redaksiyası 31.07.2026 16:20

İşləyən qadınlara hamiləlik dövründə və  sonrakı dövr üçün 126 gün (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 gün) müddətində ödənişli məzuniyyət verilir.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd olunan məzuniyyətin ana olmadan  əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

İki aylığadək yaşında uşağı övladlığa götürən qadınlar da doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

Uşağının doğulması ilə əlaqədar kişilərə isə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək