Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "
Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "
Gündəm

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: " Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Xpress.az Redaksiyası 01.08.2026 12:10

Ayağı zədələndiyi üçün Sabunçu Tibb Mərkəzinə gələn vətəndaş iddia edir ki, orada ondan gipsin bir hissəsini və binti öz hesabına alması tələb olunub. 

Bu barədə mətbuata müraciət edən ikayətçi pasiyent Fərid Fuad oğlu Bayramov məlumat verib.


VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/sabuncu-xestexanasinda-biabirciliq-dediler-ki-gipsi-ve-binti-ozun-al---video-22782

O qeyd edib ki, 13:30-də xəstəxanaya gəlib və tibb işçiləri ona ayağına gips qoyulması üçün lazım olan ləvazimatların bir hissəsini öz vəsaiti hesabına almalı olduğunu deyiblər: "Dedilər ki, gipsin bir hissəsi bizdə var, qalanını özünüz alın. Binti də özünüz almalısınız. Onları almadan ayağınızı gipsə qoymayacağıq".

F.Bayramovun sözlərinə görə, bununla razılaşmayaraq aidiyyəti qurumlara şikayət edib. O bildirib ki, bundan sonra xəstəxanada münasibət dəyişib və tələb olunan ləvazimatlar tapılıb. Pasiyentin iddiasına görə, sonradan tibb işçiləri ona istifadə olunan gips və binti öz vəsaitləri hesabına aldıqlarını deyiblər.

Hazırda F.Bayramovun ayağı gipsə salınıb. Şikayətçi həmçinin onu da qeyd edib ki, ondan sonra gələn pasiyentlərdən də öz vəsaitləri hesabına bint almaları tələb olunur. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək