Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan kinosunun təbii çəkiliş meydançası -
Azərbaycan kinosunun təbii çəkiliş meydançası -
Ana səhifə

Azərbaycan kinosunun təbii çəkiliş meydançası - FOTO

Xpress.az Redaksiyası 02.08.2026 00:33

Hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Bu tarix təkcə milli kinematoqrafiyanın yaranmasının deyil, həm də xalqımızın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini yaşadan ekran əsərlərinin bayramıdır. Azərbaycan kinosunun inkişaf yolunda bir çox tarixi məkanlar özünəməxsus rol oynayıb. Onların sırasında Şəki və xüsusilə Şəki Xan Sarayı, eləcə də "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu xüsusi yer tutur.

Unikal memarlığı, zəngin tarixi və təbii gözəlliyi ilə seçilən Şəki uzun illərdir kino xadimlərinin diqqət mərkəzində olub və olmaqdadır. XVIII əsrin memarlıq incisi olan Şəki Xan Sarayı və qədim şəhərin daş döşəməli küçələri müxtəlif dövrlərdə çəkilmiş bədii və sənədli filmlərdə tarixi hadisələrin və milli koloritin ekranda canlandırılması üçün ideal məkan olub. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu məkanlar təkcə turistlərin deyil, rejissor və operatorların da ilham mənbəyinə çevrilib.

Özünün zəngin bədii tərtibatı ilə göz oxşayan Şəki Xan sarayı hələ 1928-ci ildə rejissor Leo Murun diqqətini cəlb edib. Sarayın eyvanları və həyəti  Azərbaycan kinosunun ilklərindən biri olan, səssiz film - “Tunc Ay” (“Gilan qızı”) filminin çəkiliş meydançası olub.

Azərbaycan kinosunun şedevrlərindən hesab olunan “Arşın mal alan” (1945), ”Papaq” (“Evlənmək istəyirəm”) (1983), ”O dünyadan salam” (“Ölülər”) (1991), ”Həm ziyarət, həm ticarət” (1995) kimi filmlərin də bəzi epizodları məhz Şəki Xan sarayında çəkilib.

1988-ci ildə rejissor S.Paradjanovun çəkdiyi “Aşıq Qərib” (“Ашик Кериб”) filmində Şəki Xan sarayının rəngarəng şəbəkələri və əsrarəngiz divar rəsmləri öz gözəlliyi ilə insanı ovsunlayır. “Aşıq Qərib” filmini izləyən hər kəs istər-istəməz bu tarixi-memarlıq abidəsinin sehrinə düşür.

Şəkidə filmlər yalnızca Şəki Xan sarayında deyil, onun müxtəlif tarixi küçə və məhəllələrində də çəkilib. Belə filmlər arasında “Yenilməz batalyon”, ”Sən niyə susursan?”, “Mahmud və Məryəm”, ”Hökmdarın taleyi”, “Qırmızı bağ” kimi onlarla kino adını çəkmək mümkündür.

Bir sözlə, milli kinomuzun ən dəyərli ekran əsərlərinin bir qismində Şəkinin qədim memarlığı, Xan Sarayının ecazkar divar rəsmləri, şəbəkə sənəti və qoruğun tarixi ab-havası xüsusi estetik dəyər yaradıb. Bu ekran əsərləri vasitəsilə Şəkinin zəngin mədəni irsi milyonlarla tamaşaçıya təqdim olunub və gələcək nəsillər üçün vizual salnaməyə çevrilib.

Milli Kino Günü münasibətilə Şəkinin Azərbaycan kinosuna verdiyi töhfələri xatırlamaq, bu tarixi məkanların milli ekran sənətimizin inkişafındakı rolunu bir daha vurğulamaq xüsusi əhəmiyyət daşıyır. Çünki Şəki təkcə tarixi şəhər deyil, həm də milli kinomuzun yaddaşında yaşayan canlı bir kino məkanıdır.

Zəminə RƏSULOVA

Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək