Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Tanınmış müğənni qızı balkondan atıbmış -
Tanınmış müğənni qızı balkondan atıbmış -
Mədəniyyət

Tanınmış müğənni qızı balkondan atıbmış - dəhşətli detallar

Xpress.az Redaksiyası 03.08.2026 10:06

Türkiyənin Yalova şəhərində keçən il evinin pəncərəsindən yıxılaraq vəfat edən müğənni Gül Tutun (Güllü) ölümünə dair aparılan istintaq yekunlaşıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yalova Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə mərhum müğənninin həbsdə olan qızı Tuğyan Ülkem Gülter barəsində “qabaqcadan planlaşdıraraq öz valideynini qəsdən öldürmə” maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzası tələb olunub.

 Gül Tut qızının otağındakı pəncərədən təxminən 18 metr hündürlükdən beton örtüyün üzərinə düşüb. Məhkəmə tibbi ekspertizası sənətçinin daxili qanaxma nəticəsində həyatını itirdiyini, qanında 3,53 promil spirt olduğunu, lakin zəhərlənmə əlamətlərinin aşkar edilmədiyini bildirib.

İstintaq materiallarında diqqətçəkən məqamlardan biri hadisə gecəsi baş verənlərdir. Məlum olub ki, Tuğyan rəfiqəsi Sultan Nur Uludan anasının çox sevdiyi “Malkata” adlı roman mahnısını səsləndirməsini istəyib. Prokurorluq musiqinin ananı xüsusi olaraq otağa cəlb etmək və qətli həyata keçirmək məqsədilə açıldığı qənaətinə gəlib.

İstanbul Texniki Universitetinin hazırladığı səs ekspertizası rəyində düşmə anından dərhal əvvəl gənc bir qadın səsinin rişxəndli tonda “Görüşərik, bay-bay” dediyi müəyyən edilib. Prokurorluq bu sözlərin Tuğyan tərəfindən deyildiyini, ardından anasını belindən tutaraq pəncərədən aşağı atdığını irəli sürüb.
Qeyd edək ki, hadisənin tək canlı şahidi olan Sultan Nur Ulu əvvəlcə Gül Tutun sərxoş olduğu üçün düşdüyünü desə də, sonradan ifadəsini dəyişərək qızın anasını pəncərədən atdığını etiraf edib. Həmçinin şübhəlinin hadisədən aylar əvvəl rəfiqələrinə “Bir gün anamı pəncərədən atıb öldürəcəyəm” dediyi və telefonunda “Bu qadın ölsün”, “Bezdim anamdan” kimi mesajlar yazdığı ortaya çıxıb. Şübhəlinin telefonunda “Çözülməmiş məhkəmə işləri”, “Seriyalı qatil davası” kimi axtarışlar etdiyi də dosyeyə daxil edilib.

Xatırladaq, qeyd olunan iddialar prokurorluğun ittihamnaməsində yer alıb, Tuğyan Ülkem Gülter haqqında yekun qərarı keçiriləcək məhkəmə prosesinin sonunda hakim verəcək. Qafqazinfo.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək