Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İndiyə qədər neçə kişi ödənişli atalıq məzuniyyəti...
İndiyə qədər neçə kişi ödənişli atalıq məzuniyyətinə çıxıb?
Cəmiyyət

İndiyə qədər neçə kişi ödənişli atalıq məzuniyyətinə çıxıb?

Xpress.az Redaksiyası 03.08.2026 11:35

2026-cı ilin cari dövrü ərzində ödənişli atalıq məzuniyyəti verilən şəxslərin sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, indiyə qədər 349 işəgötürən 868 kişiyə ödənişli atalıq məzuniyyəti verib:

"2026-cı ilin 7 ayı ərzində 349 işəgötürən tərəfindən ümumilikdə 868 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.Bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir. İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq” altsistemində (ƏMAS) elektron qaydada rəsmiləşdirilir”, - Dövlət Əmək Müfəttişliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, atalıq məzuniyyətinin ödənişli olması 16 yanvar 2026-cı il tarixində Əmək Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

1 iyun 2026-cı ilin məlumatlarına əsasən 164 işəgötürən tərəfindən ümumilikdə 346 işçiyə uşağının doğulması ilə əlaqədar olaraq 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilmişdi. Müqayisə göstərir ki, bu ay 522 nəfər kişi uşağının doğulması ilə əlaqədar ödənişli atalıq məzuniyyətindən yararlanıb. İyuna olan məlumatla müqayisədə görünür ki, bu ay ödənişli atalıq məzuniyyəti verən işəgötürənlərin sayı 185 olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək