Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Metronun əvəzinə bu avtobuslar işləyəcək
Metronun əvəzinə bu avtobuslar işləyəcək
Cəmiyyət

Metronun əvəzinə bu avtobuslar işləyəcək

Xpress.az Redaksiyası 04.08.2026 16:29

"Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May” və "Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, "28 May” və "Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq  çətinliklər nəzərə alınaraq,  yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub.

Belə ki,  AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətləri bunlardır:

- M1 – Metronun "Elmlər Akademiyası” və "28 May” stansiyaları arasında;

- M2 – Metronun "İnşaatçılar”, "Nizami” və "28 May” stansiyaları arasında;
Ətraflı
Ad - 00:03

- M3 – Metronun "20 Yanvar”, "Nizami” və "28 May” stansiyaları arasında;

- M4 – Metronun "20 Yanvar” və  "Koroğlu” stansiyaları arasında;

- M5 – Metronun "20 Yanvar” və  "Gənclik” stansiyaları arasında;

- M6 – Metronun "Elmlər Akademiyası” və  "Gənclik” stansiyaları arasında.

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.

Sərnişinlər alternativ marşrutlar barədə məlumatı "AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər.

Layihənin icra müddətində metronun "28 May”, "20 Yanvar”, "İnşaatçılar” və  "Elmlər Akademiyası” stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Təyyarə burulğana düşdü,

04.08.2026 20:41 Dünya

Ceyhun Bayramov: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır”

04.08.2026 13:58 Cəmiyyət

Prezident yeni icra başçıları təyin etdi

04.08.2026 13:05 Cəmiyyət

Rəqsanə həmkarlarını ifşa etdi:

04.08.2026 12:27 Şou-Biznes

Daşınmaz əmlak axtarışını asanlaşdıran yeni platforma –

04.08.2026 12:19 Cəmiyyət

5 Avqust – Kəşmir məsələsi beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində

04.08.2026 11:05 Cəmiyyət

Baykal gölü yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib

04.08.2026 10:22 Cəmiyyət

535 güzəştli mənzil satışa çıxarılır

04.08.2026 10:18 Cəmiyyət

Nikahsız soyad dəyişmək istəyənlər üçün

04.08.2026 09:36 Cəmiyyət

Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı

04.08.2026 08:31 Cəmiyyət

Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video

03.08.2026 20:59 Cəmiyyət

Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto

03.08.2026 20:41 Gündəm

Bakıda 100-dən çox küçə və prospektdə təmir işləri aparılır

03.08.2026 20:00 Cəmiyyət

Tramp: İran nüvəsizləşdirilib

03.08.2026 17:58 Dünya

İlin son Günəş tutulması bu tarixdə olacaq

03.08.2026 17:48 Hadisə

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə

03.08.2026 17:31 Gündəm

Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...”-

03.08.2026 17:28 Mədəniyyət

Bakı Qızlar Universitetinin tələbələri hansı müəssisələrə köçürüləcək?

03.08.2026 17:17 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək