Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər:
Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər:
Dünya

Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər: Somnoloq izah edir

Xpress.az Redaksiyası 08.09.2026 11:18

"Uzun illər elm aləmində belə hesab edilirdi ki, insan beyni bütövlükdə ya oyaq qalır, ya da yatır. Lakin mikroyuxu hadisəsi göstərir ki, beynin bir hissəsi işləməyə davam edərkən digər hissəsi dincələ bilər. Bu isə xüsusilə, sükan arxasında olan şəxslər üçün çox təhlükəlidir".

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı həkim-somnoloq Mixail Poluektov deyib.

Mütəxəssisin sözlərinə görə, sinir sisteminin tamamilə dayanması ilə bağlı fikirlər ilk dəfə 1973-cü ildə sovet alimlərinin Qara dəniz delfinlərində tək yarımkürəli yuxu halını kəşf etməsi ilə dəyişib. Məlum olub ki, bu heyvanlarda beynin bir tərəfi yatdığı halda, digər tərəfi oyaq qala bilir. Sonradan bu yanaşma insanlarda monoton iş zamanı tez-tez rast gəlinən lokal yuxu anlayışına da aid edilib.

"Uzunmüddətli və təkrarlanan işlər zamanı beyin bəzən bir neçə saniyəlik sönür və şüur itir. Beynin bəzi mərkəzləri oyaq qaldığı üçün sürücü qəflətən yıxılmır, lakin gerçəkliyi tənqidi qavramağa cavabdeh olan mərkəz söndüyü üçün o, yoldakı vəziyyətin dəyişməsinə reaksiya verməyə bilər", - deyə Poluektov xəbərdarlıq edib.

Ekspert qeyd edib ki, mikroyuxunu kənardan asanlıqla fərq etmək mümkündür: insan məlumatı sürətlə qavramaq qabiliyyətini itirir və mənasız sözlər deməyə başlayır. Gündəlik həyatda valideynlər bununla tez-tez qarşılaşırlar. Somnoloq belə bir misal çəkib:

"Ana uşağı yatırarkən özü də yuxuya gedir və qəribə şeylər danışmağa başlayır. O, kitabı oxumağa davam edir, amma dediklərinin mətnlə heç bir əlaqəsi olmur. Bu, sadəcə, daxili təxəyyülün məhsuludur və o bunu dərk etmir".

Poluektov vurğulayıb ki, mikroyuxu əsnasında neyronlarda heç bir pozuntu baş vermir, onlar sadəcə olaraq yuxu rejiminə keçirlər. Oyaq olanda beyin hiss orqanlarından məlumat toplayıb davranışı tənzimləyir, yuxuda isə lazımsız bilikləri silib vacib olanları saxlayaraq yaddaşdakı məlumatları işləyir.

Lokal yuxu zamanı beynin müəyyən hissələri "yuxu" prosesləri ilə məşğul olmağa başlayır ki, bu da reallığın düzgün dərk olunmasına maneə yaradır.

Bununla belə, mikroyuxu təkcə şüurlu dərketmə mərkəzlərinə təsir etmir.

"Küləyin səsini analiz edən beyin mərkəzi yatarsa, biz bir müddət həmin səsi eşitmirik. Digər mərkəz daxili orqanlardan gələn siqnalları dəyərləndirir - biz onları hiss etməyə bilərik. Biz yalnız xarici aləmlə əlaqə qurmaq üçün vacib olan beyin hissələrinin yuxuya getməsini hiss edirik", - deyə həkim əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq icra başçısı vəfat etdi

08.09.2026 14:46 Cəmiyyət

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi -

08.09.2026 14:19 Ana səhifə

Tovuzda tarixi binalar baxımsızlıqdan dağılmaq üzrədir -

08.09.2026 12:56 Mədəniyyət

Birinciləri məktəbə NECƏ ÖYRƏŞDİRƏK? -

08.09.2026 12:29 Ana səhifə

Gənclər Evlərinin direktor və əməkdaşları üçün “Media Akademiyası” təşkil olunub

08.09.2026 12:17 Cəmiyyət

Messi və Ronaldu eyni komandada:

08.09.2026 12:14 İdman

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib -

08.09.2026 12:03 Texnologiya

“SOS” MMC-nin növbə rəisi həbs edildi -

08.09.2026 11:33 Gündəm

Sabiq nazir: “Ali məktəblərə qəbul asan olmalıdır” -

08.09.2026 11:26 Ana səhifə

"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir

08.09.2026 11:15 Hadisə

“Erməni evində Azərbaycan işığı” xəbəri

08.09.2026 10:50 Ana səhifə

Sabiq nazir: “İnsanları əlavə xərc çəkməyə, gərginlik yaşamağa məcbur edirlər” -

08.09.2026 10:42 Ana səhifə

Sentyabrın 22-nə qədər pulu çoxalacaq beş

08.09.2026 10:11 Cəmiyyət

Bu xanımlara yüksək vəzifə verildi

08.09.2026 09:53 Gündəm

Misir Mərdanov: “Test suallarının böyük əksəriyyəti dolaşdırıcıdır” -

08.09.2026 09:48 Ana səhifə

Jurnalistlərin Həmrəylik Günü:

08.09.2026 09:35 Media

Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı

08.09.2026 09:14 Cəmiyyət

Sabiq nazir təhsil sistemindəki problemlərdən danışdı:

08.09.2026 09:00 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək