Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm İcra hakimiyyətində əməliyyyat:
İcra hakimiyyətində əməliyyyat:
Gündəm

İcra hakimiyyətində əməliyyyat: Həbs olunanlar var

Xpress.az Redaksiyası 15.09.2026 19:40

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər.

Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.

Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur. Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək